Qafar Ocaqlı Ramazan

Haqqında

    Bölmə: Ümumi fənlər
    Vəzifə: Dosent
    Ailə vəziyyəti: Evli

    İngilis : Yaxşı
    Rusca : Yaxşı
    Farsca : Yaxşı
    Türk : Səlis
    Ərəb : Səlis

    Movie Maker
    Word
    Windows sisteminin qurulması, bərpası
    Power Point
    Excell

Təhsil

  • Doktorantura 22-JAN-13

    Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası Filologiya üzrə fəlsəfə doktoru

    Diplom 03

  • Magistratura 03-JUL-06

    Qafqaz Universiteti Ərəb dili və ədəbiyyatı

    Diplom MNB 008389

  • Bakalavriat 10-JUL-03

    Əl-Əzhər Universiteti Ərəb dili, İslamşünas

    Diplom 10

İş təcrübəsi

  • 01-OCT-24 Davam edir
    Strategiya və Keyfiyyət Təminatı Şöbəsi, Baş mütəxəssi

    Bakı Mühəndislik Universiteti

    Azərbaycan/Abşeron

  • 01-SEP-23 Davam edir
    Akkreditasiya komissiyasının eksperti

    Təhsildə Keyfiyyət Təminatı Agentliyi - TKTA

    Azərbaycan/Bakı

  • 01-MAY-22 Davam edir
    Ümumi fənlər kafedrası, dosent

    Bakı Mühəndislik Universiteti

    Azərbaycan/

  • 01-APR-22 Davam edir
    Baş mütəxəssi - Keyfiyyətin Təminatı Şöbəsi

    Bakı Mühəndislik Universiteti

    Azərbaycan/Bakı

  • 01-SEP-20 Davam edir
    Distant Təhsil və Keyfiyyətin Təminatı şöbəsi, Baş mütəxəssis

    Bakı Mühəndsilik Universiteti

    Azərbaycan/Abşeron

  • 01-JAN-17 Davam edir
    Baş müəllim, Tədris məsləhətçisi

    Baku Engineering University

    Azərbaycan/

  • 01-SEP-15 01-SEP-16
    “Tərcüman” tərcümə mərkəzinin müdiri

    Qafaz University

    Azərbaycan/

  • 01-SEP-12 01-JAN-16
    Ərəb dili və ədəbiyyatı bölməsinin müdiri

    Qafaz University

    Azərbaycan/

  • 01-JAN-10 Davam edir
    Ümumi rəhbəri, Ekspert

    Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində

    Azərbaycan/Bakı

  • 01-OCT-08 01-SEP-10
    Bölmə müdiri yardımçısı

    Qafaz University

    Azərbaycan/

  • 01-SEP-04 01-SEP-08
    Ərəb dili müəllimi

    Qafaz University

    Azərbaycan/

  • 01-OCT-00 15-MAR-04
    Tərcüməçi, Redaktor, Diktor

    Misir Tele-Radio şirkəti

    Misir/Cairo

Nəşrlər

    Nəşrlər
  • Ocaqlı Q. İHYÂ’U ‘ULÛMİ’D-DÎN ESERİNDE ZİKİR VE UZLET KAVRAMLARI. Şarkiyat Mecmuası İstanbul Üniversitesi Yayın No: 5078. Türkiyə. 2012;2012( 20 ):65-75, url: [1], DOI: http://dergipark.gov.tr/downlo
  • Beynəlxalq konfranslar
  • Qafar Ocaqlı , Ocaqlı Q. Əbu Hamid əl-Ğəzalinin "İhya Ulumiddin əsəri" və söz sənəti. "Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda . Azərbaycan. İyun 2011:10
  • Kitablar
  • Abdin Uveys Y, Məmmədəli B, Ocaqlı Q. Ərəbcə-Azərbaycanca transkripsiyalı danışıq kitabçası-53 . I nəşr. Nurlar. Bakı/Azərbaycan. 2018:239, url: [2]
  • Abdin Uveys Y, Anar E, Məmmədəli B, Ocaqlı Q. ət-Tariq iləl-Arabiyyə-1 (Yeni nəşr). II. Nurlar. Bakı/Azərbaycan. 2017:131, url: [3]
  • Abdin Uveys Y, Anar E, Məmmədəli B, Ocaqlı Q. ət-Tariq iləl-Arabiyyə-2. 3. Nurlar. Bakı/Azərbaycan. 2017:152, url: [4]
  • Anar Eyvazov , Dos.Məmmədəli Babaşlı , Dr.Abdin Uveys , Mahir Həmidov , Nuranə Həmidova , Dr.Qafar Ocaqlı , Ocaqlı Q. Ərəbcə-Azərbaycanca siyasi-hərbi terminlər və beynəlxalq təşkilat adları lüğəti. Qafqaz Universiteti. Bakı/Azərbaycan. 2012:280, url: [5]

Mükafatlar, Sertifikatlar

  • "EURAS Academy proqramında iştirak sertifikatı", EURAS Avrasya Üniversiteler Birliği ; 2024

  • "Xarici keyfiyyət təminatı", Təhsildə Keyfiyyət Təminatı Agentliyi ; 2023

  • "Ali təhsil müəssisələrinin strateji inkişafı", Təhsildə Keyfiyyət Təminatı Agentliyi ; 2023

  • "Daxili keyfiyyət təminatı mexanizmləri", Təhsildə Keyfiyyət Təminatı Agentliyi ; 2023

  • "Ərəb dilini təkmilləşdirmə", İdrak İctimai Birliyi ; 2012

  • "İnformatika", AMEA-İnfirmasiya Texnologiyaları İnstitutu ; 2008

  • "Modern Approaches Towards Teaching Arabic Language To Non-Arabic ", Embassy of the Republic of Egypt, Qafqaz University, Eguptian Cultural Center ; 2008

  • "Boloniya prosesi kontekstində Azərbaycan təhsili", Qafqaz Universiteti, Naxçıvan Dövlət Universiteti ; 2007

  • "Dil tədrisi metodlarının inkişafı", Qafqaz Universiteti ; 2006

  • "Maintenance", Microsoft - Kit Education Center in Cairo ; 2004

Avtobioqrafiya

  • Ocaqlı Qafar Ramazan oğlu, 26 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşam. 1982-1992-ci illərdə Bakı şəhəri A. Şaiq adına 54 saylı orta məktəbdə orta təhsil almışam. 1995-2003-cü illərdə Qahirədə əl-Əzhər Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almış və məzun olmuşam. Təhsil aldığım müddətdə, 2001-2004-cü illərdə Qahirə Radiosunda tərcüməçi, redaktor və diktor kimi fəaliyyət göstərərək jurnalistika və tərcümə sahəsində təcrübə toplamışam. 2004-cü ildə Azərbaycana qayıtdıqdan sonra Qafqaz Universitetində magistraturada təhsilimi davam etdirmiş və eyni zamanda Filologiya fakültəsində laborant kimi çalışmışam. 2007-ci ildə AMEA Şərqşünaslıq İnstitutunda dissertant olaraq elmi fəaliyyətimi genişləndirmişəm. 2012-ci ildə professor Aida Qasımovanın rəhbərliyi ilə “əl-Qəzalinin Sufi ədəbiyyatının inkişafında rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişəm. 2010-2016-cı illərdə Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmış, eyni zamanda universitetin “Tərcüman” tərcümə mərkəzinə rəhbərlik etmişəm. 2010-cu ildən Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində müxtəlif imtahanların təşkili və ekspertiza işlərində iştirak edirəm. Həmçinin, Təhsil Nazirliyinin akkreditasiya proqramlarında komissiya üzvü olaraq fəaliyyət göstərirəm. 2017-ci ildən Bakı Mühəndislik Universitetində Xarici dillər və Ümumi fənlər kafedralarında dərs deyirəm, hazırda həmin kafedranın dosentiyəm. 2020-ci ildən etibarən universitetin “Distant Təhsil və Keyfiyyətə Nəzarət” mərkəzi, daha sonra “Keyfiyyətin Təminatı” şöbəsində və hazırda “Strategiya və Keyfiyyət Təminatı” şöbəsində baş mütəxəssis olaraq çalışıram. Bu müddət ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təlimlərində iştirak edərək müvafiq sertifikatlar almışam. Yaradıcılıq fəaliyyətlərim çərçivəsində Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materialların tərcüməsində rol almışam. Həmçinin, BMT-nin İqlim dəyişmələri üzrə konfransı (COP 29) üçün materialların Azərbaycan dilinə tərcüməsini həyata keçirmişəm. Elmi fəaliyyətim zamanı bir neçə dərs vəsaiti, kitab və tərcümə əsərlərim dərc edilmiş, elmi məqalələrim beynəlxalq və yerli nəşrlərdə yayımlanmışdır. Ailəliyəm, 4 övladım var.