Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası Kimya üzrə fəlsəfə doktoru
Diplom FD 08007
Azərbaycan Dövlət Universiteti Kimya
Diplom RB 019413
11 noyabr 1961-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1979-ci ildə Şamaxı şəhər 5 nömrəli orta məktəbi bitirmiş, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini müvəffəqiyyətlə başa vurmuşdur. 1987–1994-cü illərdə Şamaxı şəhər 6 nömrəli orta məktəbdə müəllim kimi çalışmışdır. 1994–2016-cı illərdə Şamaxı Humanitar Kollecində müəllim fəaliyyətini davam etdirmişdir. 2005-ci ildə Bakı Dövlət Universitetində doktoranturaya qəbul olunmuş, 2010-cu ildə “Ti–Sn(Pb)–Bi–Te sistemlərinin bəzi qatılıq müstəviləri üzrə faza tarazlıqları və termodinamik xassələri” mövzusunda dissertasiyanı müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2010–2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında metodist və müəllimlərin ixtisasartırma kurslarında ixtisasçı müəllim işləmişdir. 2013–2017-ci illərdə Şamaxı Humanitar Kollecində tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2017-ci ildən etibarən Bakı Dövlət Universitetinin Kimya fakültəsinin SABAH qruplarında müəllim kimi fəaliyyət göstərir. 2020–2023-cü illərdə BDU-nun Kimyanın Tədrisi Metodikası kafedrasında saat hesabı ilə müəllim işləmişdir. 2017-ci ildən bu günədək Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi kafedrasında baş müəllim vəzifəsində çalışır. Elmi-pedaqoji fəaliyyətində 20-dən çox bakalavr buraxılış işinə, 5 magistr dissertasiyasına rəhbərlik etmiş, 3 doktorluq işində opponenti kimi çıxış etmişdir. 60-dan artıq elmi məqalə və tezisin müəllifidir. Onun elmi məqalələri beynəlxalq elmi bazalarda, o cümlədən Scopus və Web of Science-da indeksləşdirilən jurnallarda dərc olunmuşdur.