Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası Mexanika üzrə fəlsəfə doktoru
Diplom FD 12357
Bakı Dövlət Universiteti Mexanika
Diplom AM 014495
Bakı Dövlət Universiteti Mexanika
Diplom A 011652
Mən Pərviz Tofiq oğlu Müseyibli, Bakı Mühəndislik Universitetinin "İnşaat mühəndisliyi" kafedrasında müəllim kimi fəaliyyət göstərirəm və əsasən Maye mexanikası, Hidravlika, Ekohidravlika, Lövhələrin hesablama üsulları fənlərini tədris edirəm. Pedaqoji fəaliyyətlə bərabər, AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun "Maye və qaz mexanikası" şöbəsində böyük elmi işçi kimi fəaliyyət göstərirəm. 05.11.2021 ci ildə "Heterogen maye hidrodinamikasında sərhəd qatlarda yaranan effektlərin tədqiqi" mövzusunda dissertasiya işini müdafiə etmişəm. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 17.03.2022 ci il qərarı ilə "Maye, qaz və plazma mexanikası" ixtisaslaşmasında mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. Hal hazırda maye axınlarına müxtəlif effektlərin tədqiqi istiqamətində elmi araşdırmalarım davam edir. Həmçinin AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun "Gənc alim və mütəxəssislərin şurasının" sədri kimi fəaliyyət göstərirəm. Elmin təbliği və təşviqi istiqamətində bir sıra ölkədaxili və beynəlxalq tədbirlərinin təşkilində iştirak etmişəm və məruzələrlə çıxış etmişəm.