Haqqında

    Bölmə: Riyaziyyat və kompüter elmləri
    Vəzifə: Dosent
    Ailə vəziyyəti: Evli

    Azərbaycan : Səlis
    Rusca (Ana dili): Səlis
    Türk : Yaxşı
    İngilis : Yaxşı
    Farsca : Yaxşı

Təhsil

  • Doktorantura 14-MAR-84

    Azərbaycan Dövlət Universiteti Fizika-Riyaziyyat üzrə Elmlər Namizadi

    Diplom

  • Magistratura 12-SEP-80

    Azərbaycan Dövlət Universiteti Tətbiqi riyaziyyat

    Diplom U № 053375

Nəşrlər

    Nəşrlər
  • Şərifli M. SPECTRAL PROPERTIES OF AN IMPULSIVE STURM–LIOUVILLE OPERATOR WITH COMPLEX PERIODIC COEFFICIENTS. Advanced Mathematical Models & Applications. Azərbaycan. 2024;No.3(Vol.9):pp.431-436, url: [1], DOI: https://doi.org/10.62476/amma9
  • Şərifli M. Mutalim Ramis Sharifli. “FORMULAS FOR THE SLOPE ANGLE OF A STRAIGHT LINE ON THE COORDINATE PLANE“, 1th International Scientific and Practical Internet Conference MODERN MOVEMENT OF SCIENCE, October 8-9, 2020. WayScience. Ukrayna. 2022

Avtobioqrafiya

  • Mən, Mütəllim Ramiz oğlu Şərifli, 08 may 1958-ci il tarixində Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonunda anadan olmuşam. Milliyyətcə türkəm (Azərbaycan türküyəm). 1965-1975-ci illərdə Bakı şəhərinin 20 nömrəli orta məktəbinin rus bölməsində təhsil almışam. 1975-1980-ci illərdə BDU-nun (keçmiş ADU-nun) Tətbiqi Riyaziyyat fakültəsində Ali təhsil alıb oranı fərqlənmə diplomu ilə bitirmişəm. 1980-1983-cü illərdə BDU-nun Aspiranturasının əyani şöbəsində təhsil almışam. Qeyd edim ki, Aspiranturanın əyani şöbəsinə iş stajım olmadan birbaşa Təhsil Nazirliyinin icazəsi ilə fəhlə ailəsində doğulduğum üçün qəbul imtahanlarına buraxılmışdım. 1984-cü ilin martın 14-də Namizədlik disertasiyasını müdafiə edib Fizika-Riyaziyyat Elmləri Namizədi elmi dərəcəsinə layiq görülmüşəm. 1994-cü ildə isə Dosent elmi adını almışam. Müxtəlif ali məktəblərdə 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) dərs demişəm: Bakı Dövlət Universitetində, Azərbaycan Memarlıq-İnşaat Universitetində, Moskva Dövlət Açıq Universitetinin Bakı filialında, Azərbaycan Kooperasiya Universitetində, Bakı Mühəndislik (keçmiş Qafqaz) Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC-də) və Dövlət Gömrük Komitəsinin Akademiyasında. Ali məktəblərdə Pedaqoji stajım 1982-ci ildən başlayır. Uzun müddət Moskva Dövlət Açıq Universitetində və Azərbaycan Kooperasiya Universitetində Kafedra müdiri işləmişəm. Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edirəm, orada Fizika və Riyaziyyat fənləri üzrə ekspertəm, dəfələrlə qəbul və buraxılış imtahanları ilə bağlı bunkerdə qalmışam. Bir müddət Təhsil Nazirliyində Fizika fənninin dərslikləri üzrə Monitorinq qrupunun üzvü olmuşam. Evliyəm, 2 oğlum var.