Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası Pedaqogika üzrə fəlsəfə doktoru
Diplom FD 12840
Bakı Dövlət Universiteti Rus dili və ədəbiyyatı
Diplom TB-I № 086985
Baku Engineering University
Azərbaycan/Bakı
Bakı Mühəndislik Universiteti
Azərbaycan/Bakı
Qafqaz Universiteti pedaqoji fakültə
Azərbaycan/Bakı
Naxçıvan Dövlət Universiteti
Azərbaycan/Naxçıvan
Kəmalə Yaşar qızı Yusifova Azərbaycan vətəndaşıdır. 10iyul 1966 –cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1983-cı ildə Naxçıvan şəhəri 03 nömrəli tam orta məktəbi bitirmişdir. Elə həmin il M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti Filologiya fakültəsinə daxil olmuşdur. 1989-cu ildə filoloq, rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə təhsilimi tamamlamışdır. 1988-1999 cu illərdə Naxçıvan şəhəri 3№-li orta məktəbdə Rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 1990-1993-cü illərdə Naxçıvan Dövlət Universitetində Rus dili müəllimi kimi pedaqoji fəaliyyətini davam etmişdir. 1999-cu ildə Bakı şəhərinə köçdükləri üçün işdən ayrılmışdır. 2011-2017-ci illərdə Qafqaz Universitetində Rus dilini tədris etmişdir. 2017-ci ildən BMU-da Xarici dillər kafedrasında baş müəllim vəzifəsində çalışır. Həmçinin 2017-2022 -ci illərdə Elmi Katib vəzifəsində fəaliyyət göstərmişdir. Hal hazırda Tədris metodiki və təcrübə şöbəsində baş mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirir. Doktorantura səviyyəsini 2018-ci ildə Bakı Mühəndislik Universitetinin “Pedaqogika” kafedrasının 5804.01 - ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisasını pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Evlidir, 2 qızı var.