Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası texnika elmləri doktoru
Diplom ED 02114
Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası Texnika Elmləri Namizədi
Diplom EN 02483
Azərbaycan Politexnik İnstitutu radio aparatlarının konstruksiyası və istismarı
Diplom ÇV 845950
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Mühəndislik Universiteti
Azərbaycan/Bakı
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi
Azərbaycan/Bakı
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti
Azərbaycan/Bakı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti
Azərbaycan/Bakı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti
Azərbaycan/Bakı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti
Azərbaycan/Bakı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti
Azərbaycan/Bakı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti
Azərbaycan/Bakı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti
Azərbaycan/Bakı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti
Azərbaycan/Bakı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti
Azərbaycan/Bakı
AMEA İnformasiya Texnologiyaları İnstitutu 12-sep-2024
Milli Müdafiə Universitetinin nəzdində fəlaiyyət göstərən Müdafiə Şurasının üzvü 21-apr-2024
Bakı Mühəndislik Universitetinin Elmi Şurasının üzvü 18-apr-2024
SAGE Journals 18-apr-2024
Azərbaycan Respubilkası Elm və Təhsil Nazirliyi, Bakı Mühəndislik Universiteti 15-feb-2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının seminarının üzvü 20-sep-2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının seminarının üzvü 20-sep-2023
Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının seminarının üzvü 17-sep-2023
Milli Müdafiə Universiteti 14-feb-2023
ResearchGate 28-mar-2022
ARƏMA. Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi 07-feb-2022
Clarivate Analytics 17-apr-2021
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eksperti 26-jan-2020
Scopus 20-oct-2018
SABAH 18-sep-2018
Web of Science 12-jan-2018
Google Scholar 15-may-2015
Yeni Azərbaycan Partiyası 16-jan-2001
İslamov İslam Camal oğlu, 1968-ci il yanvar ayının 16-da Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1975-ci ildə Masallı rayonu Xıl kənd orta məktəbinə daxil olmuş, 1985-ci ildə həmin məktəbi bitirmişdir. 1985-ci ildə onuncu sinifi əla qiymətlərlə bitirdikdən sonra qəbul imtahanlarında yüksək nəticələr göstərərək Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Radiotexnika” fakültəsinin birinci kursuna daxil olmuşdur. Azərbaycan Politexnik İnstitutunun “Radiotexnika” fakültəsinin birinci kursunu bitirdikdən sonra 1986-1988-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. 1988-ci ildə Sovet ordusu sıralarında hərbi xidmətdən təlxis olunduqdan sonra təhsilini Azərbaycan Politexnik İnstitutunun “Radiotexnika” fakültəsində davam etdirmiş və 1992-ci ildə Azərbaycan Texniki Universitetinin “Radiotexnika” fakültəsinin “Radioaparatların konstruksiya edilməsi və istehsalı” ixtisasını müvəffəqiyyətlə fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 12 yanvar 1993-cü ildən Azərbaycan Texniki Universitetinin “Texniki elektrodinamika və ifrat yüksək tezlikli qurğular” kafedrasının böyük laborantı kimi başlamışdır. 30.08.2000-ci ildən müsabiqədən keçənədək 1 il müddətində əmək müqaviləsi əsasında “Elektrodinamika və radioelektron vasitələri” kafedrasında assistent vəzifəsində çalışmış, 03.07.2001-ci ildən etibarən müsabiqədən keçməyilə əlaqədar tutduğu vəzifədə 5 il müddətinə seçilmişdir. 07.03.2003-cü ildən müsabiqədən keçməyilə əlaqədar “Elektrodinamika və radioelektron vasitələri” kafedrası üzrə baş müəllim vəzifəsinə seçilmişdir. 06.03.2006-cı ildən 06.08.2011-ci ilədək AzTU-nun “Radiotexnika və rabitə” fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 15.02.2007-ci ildən müsabiqədən keçməyilə əlaqədar “Elektrodinamika və radioelektron vasitələri” kafedrası üzrə dosent vəzifəsinə seçilmişdir. 2001-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2002-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 14.10.2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almışdır. 2015-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanınıda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müstəqil ekspert kimi fəaliyyət göstərmişdir. 2017-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin “Elm və innovasiyalar” departamentinin direktoru vəzifəsində çalışmışdır. 2021-ci ildən Təhsildə Keyfiyyət Təminatı Agentiliyinin təhsil proqramlarının və Universitetlərin akkreditasiya qiymətləndirilməsi üzrə ekspertidir. Elmlər doktorluğu dissertasiyasını 3325.01 - “Telekommunikasiya texnologiyası” ixtisası üzrə müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2022-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. Hazırda Bakı Mühəndislik Universitetinin “Avtomatika, telekommunikasiya və energetika” kafedrasının professorudur. Eyni zamanda Milli Aerokosmik Agentliyi Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun professoru və Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professorudur. Milliyyəti azərbaycanlıdır, ailəlidir. 1 oğlu, 1 qızı vardır.