1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirib.1972-1975-ci illərdə Azərbaycan SSR EA (indiki AMEA) Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. 1975-ci ildə aspiranturanı bitirib həmin institutda əvvəlcə kiçik elmi işçi, 1979-cu ildən isə baş elmi işçi kimi fəaliyyət ğöstərmişdir.
1976-cı ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və Azərbaycan Respubliası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi verilmişdir.
1980-cı ildə müsabiqə ilə BDU-nun «Tətbiqi riyaziyyat» kafedrasına baş müəllim vəzifəsinə keçmiş, 1986-cı ildə dosent, 1995-ci ildə professor vəzifəsinə seçilmişdir. 2011- 2017-ci illərdə həmin kafedranın müdiri vəifəsində işləyib.
2001-2016-ci illərdə Qafqaz Universiteti Mühəndislik fakültəsinin dekanı olmuş, sonra isə "Riyaziyyat müəllimliyi" bölməsinə rəhbərlik etmişdir.
2017-ci ildən Bakı Mühəndislik Universitetinin Tədris işləri üzrə prorektorudur.
Elmi işləri riyaziyyatın operator əmsallı differensial tənliklər sahəsinə aiddir. Aldığı elmi nəticələr «Matematika v SSSR» ensiklopediyasına daxil edilmişdir. 70-dən çox çap olunmuş elmi məqalənin və 4 dərs vəsaitinin müəllifidir.
Azərbaycan Respubliası Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert şurasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2009-cu ildə“Tərəqqi” medalı ilə təltif edilib, 2019-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
2019-cu ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmri ilə ”Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Ailəlidir, 4 övladı var.
Xarici Dillər
- İngilis - (A2)
- Rus - (B2)
- Türk - (B2)
