Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası Fizika üzrə fəlsəfə doktoru
Diplom 10583
Bakı Dövlət Universiteti Atom və molekul fizikası
Diplom 014901
Bakı Dövlət Universiteti Fizika
Diplom 089929
Bakı Mühəndislik Universiteti
Azərbaycan/
Bakı Mühəndislik Universiteti
Azərbaycan/
Sumqayıt Dövlət Universiteti
Azərbaycan/Sumqayıt
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Azərbaycan/Bakı
Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutu
Azərbaycan/Bakı
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu
Azərbaycan/Bakı
S.S.Axundov adına172 saylı məktəb
Azərbaycan/Bakı
Nurməmmədova Fəridə Nurməmməd qızı 1979-cu il noyabr ayının 1-də Cəbrayıl rayonun Hovuslu kəndində ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə Cəbrayıl rayonu Hovuslu kənd orta məktəbinə daxil olmuşdur.1993-cü il Cəbrayıl rayonu mənfur qonşularımız tərəfindən işğal edildikdən sonra orta təhsilini Bakı şəhəri Xəzər rayon 237 saylı orta məktəbində davam etdirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinin fizika fakultəsinə(Dövlət sifarişi ilə) daxil olmuş və 2002-ci ildə bakalavır pilləsini bitirmişdir. 2002-2004-cü ildə Bakı Dövlət Universitetinin fizika fakultəsinin magistr pilləsində təhsil almışdır. 2004-cü ildə magistraturanı Atom və mollekul ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 16 iyun 2017-ci il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya komissiyası fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını vermişdir. 2003-cü ilin mart ayından 2004-cü ilin oktyabr ayınadək Bakı şəhər Yasamal rayonu 172 saylı orta məktəbdə fizika müəllimi, 2004-2005-ci ildə AMEA Fizika inistitutunda kiçik elmi işçi, 2006-2009-cu ildə AMEA Radiasiya Problemləri institutunda aspirant, 2009-2016-ci illərdə həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 2016-2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müəllim vəzifəsində, 2017-2018-ci ildə Sumqayıt Dövlət Universitetində baş müəllim vəzifəsində çalışmışdır. Hal-Hazırda Bakı Mühəndislik Universitetində dosent vəzifəsində çalışır.O, 40 elmi məqalənin (bunlardan 7-i Web of Science və Scopus məlumat bazalarında indekslənən jurnallarda dərc edilmişdir) və bir dərs vəsaitinin müəllifidir.Evlidir, iki oğlu var