Elçin Qurbanov Cəlal

Haqqında

    Bölmə: Avtomatika, telekommunikasiya və energetika
    Vəzifə: Dosent
    Yaş: 61
    Ailə vəziyyəti: Evli

    Rusca : Səlis
    İngilis : Səlis

    MS Office XP/2010 AutoCad Corel Draw Photoshop

Təhsil

  • Doktorantura 30-NOV-18

    Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası Texika elmləri doktoru

    Diplom ED № 01951

  • Magistratura 20-FEB-86

    Moskva Energetika Universiteti Elektrik cihazlar

    Diplom MB № 364852

İş təcrübəsi

  • 01-FEB-19 01-SEP-21
    BMU Texnoparkın müdiri

    Bakı Mühəndislik Universiteti

    Azərbaycan/

Nəşrlər

    Nəşrlər
  • Fuad K, Yuri G, Qurbanov E. Surface modification of composite materials in flame discharge (RU). Electronic material processing (RU). Moldova. 1991; № 3:48-52
  • Digər
  • Arif H, Firuza D, Kamil G, Qurbanov E. Patent. Nanosecond pulse crown discharge device (AZ). Azərbaycan. Noyabr 2021, url: [1]
  • Chingiz A, Evgeniy D, Fuad K, Kerim J, Rauf M, Yuri G, Qurbanov E. Patent (RU). Method of manufacturing electrical insulating fiberglass products (RU). Rusiya. May 1993:p.60, url: [2]
  • Chingiz J, Evgeniy D, Fuad K, Rauf M, Yuri G, Qurbanov E. Patent (RU). Method of electrical discharge processing of materials and device for its implementation.(RU). Rusiya. Aprel 1992, url: [3]
  • Chingiz J, Evgeniy D, Fuad K, Yuri G, Qurbanov E. Author's certificate (RU). Flame discharge device (RU). Rusiya. Mart 1992:Bul. No. 31

Layihələr

  • Layihənin adı: Water Disinfection via High-Intensity Electric Fields ; Donor: United Arab Emirates University ; Vəzifə: RƏHBƏR;
    Qeyd: Bu layihə yüksək elektrik impuls sahələri vasitəsilə içməli və tullantı suların dezinfeksiya edilməsi üçün elektrotexnologiyanın işlənilməsinə həsr edilmişdir. Belə ki, su mühitinə elektrik sahə və qaz boşalmalarının təsiri nəticəsində orada mövcud olan patogen mikroorqanizmlərin inaktivasiyası baş verir. Bu üsul ekoloji cəhətdən təmiz və enerji-eeffektivlidir.
  • Layihənin adı: Investigation of the Characteristics of Electric Discharges in Various Dielectric Media Using Modern Methods of Plasma Diagnostics ; Donor: Fulbright Programme (USA); Vəzifə: RƏHBƏR;
    Qeyd: Fulbrayt qrantı çərçivəsində təqdim olunan layihədə yüksək elektrik sahələrin təsiri ilə yaranan plazma mühitin parametrlərinin təyin edilməsi üçün müasir lazer diaqnostika üsullarının (Reyleigh səpilməsi, Tomson səpilməsi, Raman səpilməsi və s.) tətbiq olunma imkanları öyrənilmişdir.

Üzv olduğu elmi qurumlar

  • Azərbaycan Texniki Universitetinin Dissertasiya Şurası 01-jan-2024

Mükafatlar, Sertifikatlar

  • "Certificate of completion", Fulbright Foreign Scholarship Board ; 2024

Avtobioqrafiya

  • Mən, Qurbanov Elçin Cəlal oğlu, 1963-cü il fevral ayının 12-də anadan olmuşam. 1980-ci ildə Bakı şəhəri, Nəsimi rayonu 151 saylı orta məktəbi bitirmişəm. 1980-1986-ci illərdə Moskva Energetika İnsittutunda “Elektron texnikası” fakultəsində “Elektron cihazları” ixtisası üzrə ali təhsil almışam. 1986-2006-cı illərdə Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasında mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük və aparıcı elmi işçi vəzifələrində çalışmışam. 1996-1997-ci illərdə “Rasioquraşdırma” Bakı İstehsalat Birliyində baş texnoloq, 1997-1999-cu illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətində məsləhətçi, 1999-2003-cü illərdə “Kaspian Şıpyard” (Sinqapur və “McDermott” şirkətlərində mehəndis-koordinator, 2003-2004-cü illərdə Azərbaycan Dölət Neft Şirkəti, “Azneft” İstehsalat Birliyində mühəndis vəzifələrində çalışmışam. 1995-ci ildə AMEA-nın Fotoelektronika İnstitutunda “Fiziki elektronika” ixtisası üzrə “Qazlarda qeyri taraz elektrik qaz boşalmalarının kompozit materialların komponentlərinin səthinə qarşılıqlı təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. 2007-2010-cu illərdə Moskva Energetika İnsittutunun ‘Yüksək gərginliklərin texnikası və elektrofizikası’ kafedrasında doktoranturada təhsil almışam. 2010-2011-ci illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi, Elmi-tədqiqat İnstitutunda elmi işlər üzrə direktorun müavini vəzifəsində çalışmışam. 2013-2019 –cü illərdə “Azərsu” Aşıq Səhmdar Cəmiyyətində “Elmi araşdırmalar və xarici əlaqələr” şöbəsində Aparıcı mühəndis vəzifəsində işləmişəm. 2018-ci ildə AMEA-nın Fizika İnstitutunda “Yüksək gərginliklər texnikası” ixtisası üzrə “Qısa müddətli yüksək elektrik impuls sahələrinin və qaz boşalmalarının müxtəlif dielektrik mühitlərə təsirlərinin elmi və texnoloji əsaslarının işlənilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elemləri doktoru alimlik dərəcəsini almışam. 2019-cu ildən bu günə kimi Bakı Mühəndislik Universiteti, “Avtomatika, telekommunikasiya və energetika” kafedrasında dosent vəzifəsində çalışıram. Elmi fəaliyyətim ərzində müxtəlif Respublika, xarici elmi jurnallar və konfrans materialların toplusunda 112 elmi məqalə çap edilmişdir (onlaradan 10-u Scopus, 16-ı isə Google Scholar bazasına daxildir). Eyni zamanda, 1 müəlliflik şəhadətnaməsi və 3 patentin müəllifiyəm. 1999-cu ildə Azərbaycan Respublikasında, Britaniya səfirliyinin nəzdində fəaliyyət göstərən “British Council” ingilis dili kurslarını bitirərək sertifikatlar almışam. 2023-cü ildə ABŞ-ın Fulbrayt Qrantının qalibi olmuşam və 2024-cü ildə 3 ay müddətində Prinston Universitetində elmi tədqiqatlar aparmışam. Xarici dillərdən İngilis dilində - yaxşı, rus dilində -sərbəst danışıram. Müxtəlif kompyuter proqramlarında: MS Office, Corel Draw, Photoshop, AutoCad və s. İşləmək qabiliyyətinə malikəm. Ailəliyəm, iki övladım var.