Emin Ağayev Famil

Haqqında

    Bölmə: Azərbaycan dili və pedaqogika
    Vəzifə: Dosent

    Azərbaycan (Ana dili): Səlis
    Türk : Səlis
    Rusca : Yaxşı
    Farsca : Yaxşı
    İngilis : Yaxşı

    Microsoft Windows, Mocrosoft Office (Word, Excel, Power Point), Adobe Design Premium, Internet Explorer, Praktiki proqramlar

Nəşrlər

    Nəşrlər
  • Ağayev E. Azərbaycan mifologiya elminin təşəkkülü və inkişafında akademik Mirzə Kazımbəyin yeri və rolu.. Journal of Qafqaz - Filologiya və Pedaqogika. Azərbaycan. 2014;2(1):53-60, url: [1]
  • Ağayev E. Mirali Seyidov ve Mitoloji Araştırmaları. Türk Edebiyatı Aylık Fikir ve Sanat Dergisi. Türkiyə. 2010:440
  • Ağayev E. Mirali Seyidov’un Türk Mitolojisine Ait Araştırmaları. Turkish Studies International Periodical For the Languages, Literature and History of Turkish or Turkic. Türkiyə. 2009;3(4):10-13
  • Ağayev E. "M.H.Təhmasibin mifologiyaya dair tədqiqatları”. Elmi axtarışlar (folklorşünaslıq, filologiya, fəlsəfə, tarix və nəzəriyyə aspektləri). 2006;XVI toplu:128-137
  • Ağayev E. "Əhməd Cəfəroğlunun mifologiyaya dair tədqiqatları”. “Dədə Qorqud” elmi-ədəbi toplusu. 2006;III:128-137
  • Beynəlxalq konfranslar
  • Ağayev E. “Dədə Qorqud” və “Bəkil” obrazları Mirəli Seyidov tədqiqatlarında. Epos və etnos: Kitabi-Dədə Qorqudun elm aləminə bəlli olmasının 200 illik yubileyinə həsr edilmiş beynəlxalq simpozium. Azərbaycan. Noyabr 2015:49-53
  • Ağayev E. Şərqi Anadoluda yaşayan Azərbaycanlıların Folklor arealının öyrənilməsində Türkiyədə aparılmış dialektoloji araştırmaların yeri və rolu. “Sələflər və xələflər” I Beynəlxalq simpoziumu. Azərbaycan. Oktyabr 2014:177-180
  • Ağayev E. Türk etnopsixologiyasının mifoloji qaynaqları (Azərbaycan folklor nümunələr əsasında).. VIII. Uluslararası türk kültürü, sanatı ve kültürel mirası koruma sempozyumu/sanat etkinlikleri. Türkiyə. May 2014
  • Ağayev E. Azərbaycan məktəblərində şagirdlərin məktəbdənkənar fəaliyyətlərinin tənzimlənməsi. İnnovasiya, təhsilin keyfiyəti və inkişaf. III beynəlxalq elmi konfrans.. Azərbaycan. Aprel 2014:227
  • Ağayev E. Şərqi Anadolu Azərbaycan folklor mühitinin regional xüsusiyyətlərinin özünəməxsusluğu . Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı. Azərbaycan. Aprel 2014:244
  • Ağayev E. "Professor Mirəli Seyidovun Azərbaycan mifik təfəkkürünün qaynaqlarına baxışları". Ortaq Türk keçmişindən ortaq türk gələcəyinə V Uluslararası Folklor konfransı. Azərbaycan. Mart 2007:217-221
  • Ağayev E. "Professor M.Seyidovun mif haqqında nəzəri baxışları”. Ortaq Türk keçmişindən ortaq türk gələcəyinə IV Uluslararası Folklor konfransı. Azərbaycan. Oktyabr 2006:75-81
  • Milli konfranslar
  • Ağayev E. "Türk mifologiyası obrazlarının etimoloji üsulla tədqiqi metodu". Ümummilli liderimiz H.Əliyevin anadan olması gününə həsr olunmuş Gənc Tədqiqatçıların Ümumrespublika Konfransı . Yanvar 2010:5
  • Kitablar
  • Ağayev E. Azərbaycan mifologiya elmi və Mirəli Seyidov. «MBM». Bakı/Azərbaycan. 2008:200
  • Ağayev E. Mən azərbaycanlıyam. Vektor. Bakı/Azərbaycan. 2008:100

Layihələr

  • Layihənin adı: İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi; Donor: Təhsil Nazirliyi; Vəzifə: Layihə Rəhbəri;
    Qeyd: Regionlarda şagirdlərin məktəbdənkənar fəaliyyətləri layihəsi
  • Layihənin adı: İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi ; Donor: Təhsil Nazirliyi; Vəzifə: Layihə Rəhbəri;
    Qeyd: Şagirdlərin məktəbdənkənar fəaliyyətləri layihəsi

Avtobioqrafiya

  • Ağayev Emin Famil oğlu 17 Yanvar 1980-ci ildə Masallı rayon Xıl kəndində anadan olmuşdur. 1986-cı ildə Əli bəy Bəylərbəyov adına Xıl kənd orta məktəbinə qəbul olmuş, 1997-ci ildə həmin məktəbi bitirmişdir. Ağayev Emin Famil oğlu 1997-ci ildə LDU “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olmuş, 2001-ci ildə təhsil aldığı ixtisası bitirərək bakalavr dərəcəsi almışdır. 2001-ci ildə LDU-nun magistraturasına daxil olmuş, 2003-cü ildə “Müqayisəli dilçilik” ixtisaslaşması üzrə magistr təhsilini bitirmiş, ona magistr dərəcəsi verilmişdir. Emin Ağayev 2004-cü ildə AMEA Folklor İnstitutunun doktoranturasına əyani qəbul olmuş, 2008-ci ildə “Azərbaycan mifologiya elminin inkişaf istiqamətləri (Mirəli Seyidovun yaradıcılığı əsasında) adlı dissertasiya işini müdafiə etmişdir. 2010-cu ildə Ali Attestasiya Komissiyasının qərarına əsasən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə (diplom- FD № 05996, protokol №03) layiq görülmüşdür. E.Ağayev Bakı Mühəndislik Universitetində 15.02.2017-ci il tarixindən Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə (Əmr № 003), 10.03.2017-ci il tarixində isə Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti vəzifəsinə (Əmr № 073) təyin edilmiş Ağayev Emin Famil oğlu 13.07.2017-ci il tarixində müsabiqə yolu ilə kafedra müdiri vəzifəsinə (Əmr № 275), 30.12.2017-ci il tarixində müsabiqədən keçməklə Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti vəzifəsinə seçilmişdir (Əmr № 603). 22.07.2019-cu il tarixində Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı (DS № 06907) verilmişdir. E.Ağayevin 35-dən çox elmi və tədris-metodiki işin müəllifidir. Onun 2008-ci ildə Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “Azərbaycan mifologiya elmi və Mirəli Seyidov” adlı monoqrafiyası çapdan çıxmışdır. E.Ağayevin həmmüəllifi olduğu “Azərbaycan ədəbiyyatı tarixi” adlı dərs vəsaiti Bakı Mühəndislik Universitetinin Tədris-Metodiki Şurasının 09.07.2018-ci il tarixli qərarı (protokol №4) və 1158 saylı əmri ilə çap olunmuşdur. Onun “Azərbaycan dili və nitq mədəniyyəti”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Uşaq ədəbiyyatı”, “Ədəbiyyatın tədrisi metodikası”, “Nitq mədəniyyəti” adlı fənn proqramları Azərbaycan Respublikası Təhsil Nazirinin 27.01.2020-ci il tarixli, F-41 saylı əmri ilə təsdiq edilmişdir. Emin Ağayev bir çox layihələrin, beynəlxalq və respublika elmi konfranslarının təşkilatçısı olmuşdur. O, bir çox beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda məruzlərlə çıxış etmişdir. Ağayev Emin Famil oğlu ixtisası 5717.01 - Türk xalqları ədəbiyyatı olmaqla AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türk filologiyası” şöbəsinin elmlər doktorluğu üzrə dissertantıdır. Elmlər doktorluğu mövzusu “Şərqi Anadolu Azərbaycan türklərinin folklor mühiti (mədəni-tarixi spesifikasi, poetik arealı və bədii xüsusiyyətləri)” adlanır.