Всероссийский НИИ гидротехники и мелиорации имени А. Н. Костякова Texnika Elmləri Namizədi
Diplom KD № 019455
Azərbaycan İnşaat Mühəndisləri İnstitutu çay qurğularının və su elektrik stansiyalarının hidrotexnik tikintisi
Diplom U № 052064
Mən, Vəliyev Cəlaləddin Zərbəli oğlu 1959-cu il martın 13-də Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olmuşam. 1976-cı ildə Sumqayıt şəhəri 23 saylı orta məktəbi bitirərək, həmin ildə Azərbaycan Mühəndis-İnşaat İnstituna daxil olmuşam. 1981-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitunu “Çay hidrotexniki qurğuları və SES-lərin tikintisi” ixtisası üzrə “fərqlənmə” diplomu ilə bitirdikdən sonra, təyinatla “VODQEO” ÜETİ-nin Bakı filialına göndərilərək “Hidroloji tədqiqatlar” laboratoriyasına mühəndis vəzifəsinə qəbul edilmişəm. 1981-1983-cü illərdə RF Uzaq Şərqin Xabarovsk şəhərində əsgəri xidmətdə olmuşam. 1985-1989-cu illərdə Rusiya Federasiyasının Moskva ş. A.N.Kostyakov adına “VNİİQİM” İnstitutunun aspiranturasında əyani təhsil almışam. 1990-cı ildə həmin İnstitututda 05.23.07 “Hidrotexniki qurğular və meliorativ tikintilər” ixtisası üzrə dissertasiyanı müdafiə edərək, texniki elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşəm. 1992-2005-ci illərdə Sumqayıt Dövlət Universitetində baş müəllim, dosent və dekan müavini vəzifələrində, 2007-2008-ci illərdə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin “Daşqın zərərlərinin aradan qaldırılması layihəsinin həyata keçirilməsi” üzrə İşçi Qrupunda Türkiyənin “Təməlsu” Məsləhətçi şirkətində qurğuların layihələndirilməsi üzrə mütəxəssis vəzifələrində işləmişəm. 2000-2007-ci illərdə “AzET Su Problemləri İnstitutu” “Su təsərrüfatı sistemləri və qurğularının istismarı” laboratoriyasında əvəzçiliklə aparıcı elmi işçi vəzifəsində işləmişəm. 2004-2024-cü illərdə “Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu” EİB-nin “Hidrotexniki qurğular” laboratoriyasında əvəzçiliklə aparıcı elmi işçi vəzifəsində işləmişəm. 2009-2019-cu illərdə isə “AzET və LA Energetika İnstitutu” MMC-nin “Hidrolayihə” İdarəsində şöbə rəisi, layihənin baş mühəndisi və İdarənin baş mühəndisi vəzifələrində çalışmışam. 2011-ci il 26 oktyabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində B.E. Vedeneyev adına “VNİİQ” İnstitutunun 90 illik yubileyinə həsr edilmiş 6-cı elmi-texniki konfransda və 2017-2018-ci illərin fevral ayında Tbilisi şəhərində “Vostock Capital”ın dəstəyi ilə keçirilmiş “Hidroenergetika. Xəzər və Mərkəzi Asiya” Beynəlxalq konqresində müvafiq məruzələrlə çıxış edərək, “Fəxri fərmanla” və “Sertifikatla” təltif edilmişəm. Moskva “Hidrolayihə” İnstitutu ilə sıx əməkdaşlığın yaradılmasında əhəmiyyətli rol oynamışam. 2019-cu ildən Bakı Mühəndislik Universitetində “İnşaat mühəndisliyi” kafedrasının dosenti vəzifəsində işləyirəm. İşlədiyim müddətdə kafedra üzrə tədris olunan 11 fənn proqramının müəllifiyəm, onlardan 4 fənn proqramı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. 2022-ci ildə “Hidravlika və hidravliki maşınlar”dan məsələlər həllinə aid metodik vəsait çap etdirmişəm. Elmi fəaliyyətimi daşqın problemləri, hidrotexniki qurğuların təhlükəsizliyi, su axarlarında məcra proseslərinin öyrənilməsi, hidrotexniki qurğuların layihələndirilməsində hidravliki hesablamaların aparılması, sahil qoruyucu qurğuların yerləşdirilməsinin proqnozu, model və çöl-tədqiqat işlərinin aparılması istiqamətlərində davam etdirirəm. 43 illik elmi-pedaqoji fəaliyyətim dövründə 60-a yaxın elmi məqalə və 4 metodiki vəsait çap etdirmişəm...