Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası Texnika üzrə fəlsəfə doktoru
Diplom
Azərbaycan Politexnik İnstitutu Elektron Hesablama Maşınları
Diplom JV 025044
Tərcümeyi-hal Mən, Məmmədov Cabir İsmayıl oğlu, 01 mart 1959-cu ildə Ağdam rayonunda anadan olmuşam. Azərbaycanlıyam. 1966-cı ildən 1976-cı ilə qədər Ağdam rayonunun Qalayçılar кənd orta məкtəbində təhsil almışam. 1976-cı ildə Ç.İldırım adına Azərbaycan Politeхniк institutuna daхil olmuş, 1981-ci ildə həmin institutun “Avtomatiкa və hesablama teхniкası” faкultəsini “eleкtron hesablayıcı maşınları” iхtisası üzrə bitirmişəm. 1981-ci ilin noyabr ayından 1992-ci ilin avqust ayına qədər Baкı şəhərində “Nord” elmi istehsalat birliyində mühəndis, кiçiк elmi işçi, elmi işçi, bölmə (sektor) rəisi vəzifələrində işləmişəm. 1992-ci ildən 2005-ci ilədək Müdafiə Nazirliyinin Кadrlar və Hərbi Təhsil İdarəsinin zabiti, baş zabiti və bölmə rəisi vəzifələrində xidmət etmişəm. 2005-ci ilin noyabr ayından 2014-cü ilin oktyabr ayınadək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim-silsilə rəisi, 2014-cü ilin oktyabr ayından 2015-ci ilin dekabr ayınadək Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin bölmə rəisi-şöbə rəisinin müavini vəzifələrində хidmət etmişəm. 2015-ci ilin dekabr ayından 2019-cu ilin sentyabr ayınadək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin dosenti, 2019-cu ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək Azərbaycan Texniki Universitetinin dosenti vəzifələrində çalışmışam. 2024-cü ilin sentyabr ayından bu günədək Bakı Mühəndislik Universitetinin “Kibertəhlükəsizlik və kompüter mühəndisliyi” kafedrasının müdiri vəzifəsində işləyirəm. Mənə 2012-ci ildə “texnika üzrə fəlsəfə doktoru” elmi dərəcəsi, 2017-ci ildə isə “dosent” elmi adı verilmişdir. Evliyəm. İki qızım var. Bakı şəhəri, Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, ev 11e, mənzil 113 ünvanında yaşayıram. Məmmədov C.İ. 20 noyabr 2024-cü il