Bayram Hüseynzadə Əvəz

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor

Bayram Hüseynzadə Əvəz

Bayram Hüseynzadə Əvəz

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor

E-poçt: bhuseynzade@beu.edu.az

Struktur bölmə: Prorektorluq

1974-cü ildə anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların idarə olunması fakültəsini bitirib.

 

1997–1998-ci illərdə “Bakı Universiteti” qəzetinin baş redaktoru olub. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 8 dekabr 2009-cu il tarixli qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

 

1998–2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatında baş mütəxəssis, sektor müdiri və İctimaiyyətlə əlaqə şöbəsinin müdiri vəzifələrində çalışıb. Dünyanın bir çox inkişaf etmiş ölkələrində (ABŞ, Fransa, İsveçrə, İsveç, Türkiyə və s.) dövlət orqanlarında idarəetmə və təhsil mövzuları ilə bağlı keçirilmiş çoxsaylı konfrans, simpozium və təkmilləşdirici kurslarda iştirak edib. Dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə 2005-ci ildə Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilib.

 

2008-ci ildən 2017-ci ilədək, eyni zamanda, Elm və Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru vəzifəsində də çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

 

2017-ci ildən 2024-cü ilədək Bakı Mühəndislik Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2024-cü ilin yanvarından universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorudur. 2024-cü ilin dekabrında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

 

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2017-ci ildən Yeni Azərbaycan Partiyası Abşeron rayonu 40 saylı Ərazi Təşkilatının sədridir.

 

Ailəlidir, 3 övladı var.

Bayram Hüseynzadə Əvəz - Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor | BEU