Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası Texniki Elmlər Namizədi
Diplom EN № 01469
Ç.İldirim adına Azərbaycan Politexnik İnstitutu Qaynaq istehsalat avadanlığı və texnologiyası
Diplom HB № 016237
Baku Engineering University 15-sep-2020
TƏRCÜMEYİ – HAL Quliyev Asif Hümbət oğlu 10 mart 1964-cü ildə Ermənistan SSR Sisiyan rayonunda anadan olmuş, 1971-1981-ci illərdə orta məktəbdə təhsil almışdır. 1982-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş, 1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə qulluq etmişdir. 1985-ci ildən təhsilini Azərbaycan Politexnik İnstitutunda davam etdirmiş və 1990-cı ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirərək ”Mühəndis mexanik” diplomunu almışdır. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin “Hidravlika və hidravlik maşınlar” kafedrasına işə qəbul olunmuşdur. 1998-ci ildə “Çoxatomlu spirtlərin və onların sulu məhlularının sıxlıqlarının və dinamiki özlülüklərinin yüksək təzyiq və temperaturlarda tədqiqi” mövzusunda namizəd-lik dissertasiya mövzusunu müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2004-cü ildə AAK-ın qərarı ilə dosent elmi adına layiq görülmüş və 2021-ci ilin dekabr ayınadək ”Hidravlika və HPQ” , “Hidravlika və istilik texnikası” və “Mexanika” kafedralarında dosent, “Maşınqayırma” fakültəsininin Elmi işlər üzrə dekan müavini vəzifəsində işləmişdir. “Qeyri-metal boru və armaturlarda hidravlik müqavimətlərin tədqiqi” adlı doktorluq dissertasiyası üzrə elmi işini yekunlaşdırmış və ilkin müzakirə etmişdir. 2020-2022-cü illərdə AzTU-nun nəzdində fəaliyyət göstərən ED2.09 dissertasiya şurasının elmi katibi vəzifəsində işləmişdir. 2020-2021-ci tədris illərində BMU-nun “Mexanika mühəndisliyi” kafedrasında 0,5 ştat dosent vəzifəsində işləmişdir. 2021-ci il noyabr ayında seçki yolu ilə “Mexanika mühəndisliyi” kafedrasının müdiri , 2024-cü ildə isə “Mühəndislik” fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. 2018-сi ildən 15 saylı Yasamal birinci seçki dairsi üzrə 31 saylı , 2023-cü ildən 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 26 saylı, 2024-cü ildən 49 saylı Abşeron ikinci seçki dairəsi üzrə 1 saylı məntəqə seçki komissiyalarının sədri vəzifəsində işləyir. Ailəlidir, iki övladı var.