Azərbaycan Respublikası Prezident Yanında Ali Attestasiya Komissiyası Biologiya üzrə Fəlsəfə Doktoru
Diplom FD 12620
Bakı Dövlət Universiteti BOTANİKA
Diplom MNB 012947
Bakı Dövlət Universiteti Biologiya
Diplom B 025850
Bakı Mühəndislik Universiteti
Azərbaycan/
Baku Engineering University
Azərbaycan/Bakı
Bitki Mühafizəsi və TB ETİ
Azərbaycan/Bakı
Rzayeva Afaq Aydın qızı 1984-cü ildə Bakı şəhərində müəllim ailəsində anadan olmuşam, azərbaycanlıyam . 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Biologiya ixtisası üzrə Bakalavr, 2005-2007-ci illərdə Botanika ixtisası üzrə magistr təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm. 2007-2008-ci illərdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasında " Bitki mühafizəsi " laboratoriyasında elmi işçi , 2008-2017-ci illərdə " Fitopatologiya " laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmışam. 2012-2016-cı illərdə AMEA Dendrologiya İnstitutunda dissertantura təhsili almışam. 2021-ci ildə AMEA-nın müxbir üzvü prof. Elşad Qurbanovun rəhbərliyi ilə " Azərbaycanda ardıc ( Juniperus ) cinsinin floristik analizi, bəzi növlərinin introduksiyası " mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 15.11.22 ci il qərarı ilə Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. 2017-2018-ci illərdə Bakı Mühəndislik Universitetində laborant vəzifəsində çalışmışam, 2018-cü ildən hal-hazıradək Pedaqoji fakültəsi Kimya – biologiya kafedrasının müəllimiyəm . Ölkədaxilində və xaricdə keçirilən elmi konfranslarda tezis və məruzələrin, müxtəlif məlumat bazalarında indekslənən elmi əsərlərin müəllifiyəm. Bakı Mühəndislik Universitetində keçirilən Gənc Tədqiqatçıların Beynəlxalq Konfransının Biologiya elmləri üzrə təşkilat heyətinin, “Elmi Tədqiqat” beynəlxalq onlayn elmi jurnalının Təbiət elmləri üzrə redaksiya heyətinin üzvüyəm. Ailəliyəm, üç övladım var.