Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Dizayn sənətinin tarixi və nəzəriyyəsi
Diplom AM 017120
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası dizayner-rəssam
Diplom B 130262
BAKI MÜHƏNDİSLIK UNİVERSITETİ
Azərbaycan/Bakı
Xəzər Universiteti
Azərbaycan/Bakı
Shaikh Design Company
Azərbaycan/Bakı
Baku Creative center
Azərbaycan/Bakı
Azərbaycan Televiziya və Radio Verilişləri QSC
Azərbaycan/Bakı
Mən, Anar Əsədov, 15 may 1986-cı ildə Bakı şəhərində anadan olmuşam. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sənaye dizaynı üzrə bakalavr təhsili, 2010-2017-ci illərdə isə magistratura təhsili almışam. Peşəkar karyerama 2006-2008-ci illərdə Azərbaycan Televiziyasında dizayner və rəssam kimi başlamışam. Daha sonra, 2011-2013-cü illərdə Baku Creative Center-də Art Director olaraq çalışmışam. 2014-cü ildən etibarən Shaikh Design Company-nin təsisçisi və direktoru kimi fəaliyyət göstərirəm. Paralel olaraq, 2017-ci ildən Xəzər Universitetində, hazırda isə Bakı Mühəndislik Universitetində müəllim olaraq gənc nəsillərə biliklərimi ötürürəm. Dizayn və sənət sahəsində bir çox dövlət əhəmiyyətli layihələrdə və beynəlxalq tədbirlərdə iştirak etmişəm. Formula-1 yarışları, Eurovision-2012 müsabiqəsi, "İslam Həmrəyliyi Oyunları" kimi tədbirlərdə və müxtəlif televiziya proqramlarının səhnə dekorasiyalarında dizayn işləri görmüşəm. Bundan əlavə, Zəfər abidəsinin konstruksiya həllini hazırlamış və yerli, xarici restoranların interyer-eksteryer dizaynı üzrə çoxsaylı layihələri həyata keçirmişəm. İş prosesimdə Microsoft Office, Corel Draw, Adobe Photoshop, 3DS Max və Lumion kimi proqramlardan peşəkarlıqla istifadə edirəm. Rus və ingilis dillərində sərbəst ünsiyyət qura bilirəm. Mən, eyni zamanda, "Rəssamlar İttifaqı"nın üzvüyəm və tələbə və gənc mütəxəssislərlə təcrübəmi bölüşərək onların inkişafına dəstək olmağa çalışıram. Dizayn və sənət mənim üçün yalnız bir iş deyil, həm də həyatıma dəyər qatan bir yaradıcı prosesdir. Atam, Rafael Əsədov 19 iyul 1944-cü ildə Masallı şəhərində anadan olmuşdur. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. 1968-ci ildən AzTV-də baş rəssam kimi fəaliyyət göstərmiş, televiziya tamaşaları və filmlərinin quruluşçu rəssamı olmuşdur. 2001-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. Anam, Afaq Kərimova Bakı şəhərində anadan olub. O, 1976-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1985-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1990-1995-ci illərdə "Azərxalça" İstehsalat Birliyində baş rəssam vəzifəsində çalışmışdır. Onun eskizi əsasında hazırlanan Azərbaycan mövzulu xalça 1993-cü ildə Heydər Əliyev tərəfindən ABŞ Prezidenti Bill Klintona hədiyyə edilmişdir. Afaq Kərimova həmçinin Məhəmməd Füzuli və Məhsəti Gəncəvinin yubileylərinə həsr olunmuş batik əsərlər hazırlamış, bu əsərlər UNESCO xətti ilə Fransada sərgilənmişdir. Bacım Əfşan Əsədova 21 iyun 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur, o da rəssamdır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında batika janrını öyrənmiş və magistraturada incəsənət tarixi və nəzəriyyəsi üzrə ixtisaslaşmışdır. Əfşan Əsədova Prezident təqaüdçüsüdür və bir çox rəsm sərgilərində iştirak etmişdir. O, əsərlərində rənglərin harmoniyasına xüsusi diqqət yetirir və rənglərlə işləməyi ruhunun sakitliyi kimi dəyərləndirir.