Vətənpərvərlik Klubunun əsas məqsədi tələbələr arasında vətənpərvərliyin təbliği və nümayiş olunmasından ibarətdir. Azərbaycan mədəniyyətinin və xalqımızın vətənpərvərliyinin tanıdılması və dövlətçilik ənənələrinin tələbələr arasında yaşadılması klubun ən əsas fəaliyyət istiqamətini təşkil edir. Azərbaycanın şanlı keçmişi və tarixi haqqında gənclərə məlumat vermək klubun fəaliyyətində xüsusi yer tutur.

     Şəhid ailələrinə ziyarətlər təşkil etmək, şəhidlərimizin xatirəsini uca tutmaq, Azərbaycanın gözəl guşələri haqqında tələbələri məlumatlandırmaq da klubun fəaliyyətinə daxildir.

     Vətənpərvərlik Klubu universitetdə çoxlu nümunəvi tədbir və layihələrin təşkilatçısı olub.