Mexanika mühəndisliyi kafedrasında aşağıdakı laboratoriyalar vardır:
· Avtomatik nəzarət laboratoriyası
· Mexanizmlər və maşın dinamikası laboratoriyası
· Daxiliyanma mühərrikləri və avtomobil laboratoriyası
· Mexaniki vibrasiya və səs nəzarəti laboratoriyası
· Təxribatsız sınaq üsulları laboratoriyası
· Layihələndirmə və adekvat modelləmə laboratoriyası
· Emal üsulları laboratoriyası
· Material və metalloqrafiya laboratoriyası
· Materiallar müqaviməti laboratoriyası
· Aerodinamika və maye mexanikası laboratoriyası
· İstilik elmləri və istilik keçiriciliyi laboratoriyası
· Bərpa oluna bilən enerjilər laboratoriyası
· Beynəlxalq Ekoenergetika Akademiyası
Avtomatik nəzarət laboratoriyası
Laboratoriya avtomatlaşdırma və alternativ enerji qurğularını öyrənmək üçün nəzərdə tutulub. Burada tələbələrə süni günəş vasitəsi ilə alternativ enerjinin əldə edilməsi öyrədilir.
Laboratoriyadakı qurğu və avadanlıqlar “Avtomatlaşdırmanın əsasları”, “Elektrotexnika”, “Bərpa olunabilən enerji” və s. dərslərin tədrisində istifadə olunur.
Laboratoriyada Gunt, ZPrinter və Kandh firmalarının istehsalı olan avadanlıqlar - PLS modulu və idarəetmə sistemi, Hava kompressoru, Avtomatlaşdırılmış monipulyatorlu (robot) mexaniki emal sistemi, 3D Printer, Günəş enerjisi ilə işləyən su qızdırıcısı, Günəş paneli modulu, Fotoqalvaniklərin elektrik şəbəkələrinə qoşulma və avtonom işlədilmə dəsti (EME), Mikrokompüter təlim qurğusu dəsti (servo matorlar) vardır.
Mexanizmlər və maşın dinamikası laboratoriyası
Laboratoriyada Almaniyanın Gunt firmasının istehsalı olan maşın hissələrinin diaqnostika qurğusu və maşınların pnevmatik sistemlərinin tədqiqi stendi vardır. Maşın hissələrinin diaqnostika qurğusunda dişli çarx reduktorlarının, qayış ötürmələrinin, dirsək-sürüncək mexanizminin və s. işləməsi zamanı yaranan vibrasiyaların (titrəyişlərin) kompüterlə analizi aparılır. İstismar parametrləri ilə yanaşı, müxtəlif növ zədələnmələrin, forma və istehsal xətalarının maşınların dinamikasına təsiri öyrənilir. Laboratoriyadan “Maşın detalları və konstruksiyaetmənin əsasları”, “Maşın və mexanizmlər nəzəriyyəsi”, “Hidravlika”, Maşın istehsalı texnologiyası” və s. dərslərin tədrisində istifadə edilir.
Laboratoriyada Gunt firmasının istehsalı olan avadanlıqlar-Maşın hissələrinin diaqnostika qurğusu və Pnevmatik dövrələr sistemi vardır.
Daxili yanma mühərrikləri və avtomobil laboratoriyası
Laboratoriyada benzin və dizel yanacağı ilə işləyən daxili yanma mühəriklərinin sınaq qurğusunda onların iş prinsipi, yanacaq sərfiyatı, istismar parametrləri və s. öyrənilir.
Nazik, elastik valların və rotorların kritik sürətlərini və vibrasiya rejimlərini öyrənmək; valların üzərindəki dirsəkli elementlərlə statik və dinamik balanslaşdırılmasını; silindrik çubuğun burulması zamanı burulma sərtliyini, kütləvi ətalət momentini, vibrasiyadan tarazlığını itirməsini, rəqslərin dempferləmə əmsalını, məcburu burulma rəqslərini – rezonansı, bir neçə kütlədən ibarət sistemin burulma rəqslərini tədqiq etmək; daxiliyanma mühərriklərində çıxış qazının analizini aparmaq mümkündür.
Laboratoriyadan “Maşın hissələri və konstruksiyaetmənin əsasları”, “Hidravlika və hidravlik maşınlar”, “Nəqliyyat maşınları”, “İnşaat maşınları”, “Nəqliyyat ekologiyası”, “Nəqliyyatda təhlükəsizlik” və s. dərslərinin tədrisində istifadə edilir.
Laboratoriyada Gunt firmasının istehsalı olan avadanlıqlar-Dörd taktlı benzin mühərriki, Dörd taktlı dizel mühərriki, Bir silindirli mühərrik test cihazı, Val və rotorların sınaq qurğusu, Statik və dinamik balanslaşdırma qurğusu, Silindrik çubuğun burulmada sınaq qurğusu, DYM-də çıxış qazlarının (Egzoz) analizi cihazı, Ekgoz qaz kalorimetri, Hidravlik dövrələr sistemi vardır.
Mexaniki vibrasiya və səs nəzarəti laboratoriyası
Laboratoriyada qaynaq birləşdirmələrinin diaqnostikası, tikişin keyfiyyət analizi aparılır, ultrasəs müayinəsi vasitəsilə onlarda olan qüsurlar təyin edilir. Həmçinin boyama və maqnit üsulları ilə konstruksiya elementlərinin, maşın hissələrinin üzərində olan çatlar aşkar edilir. Burada, həmçinin ultrabənövşəyi şüalanmanı, radiasiya səviyyəsini, işıqlanmanı, hissələrin üzərinə çəkilmiş örtük təbəqəsini ölçən cihazlar da vardır.
Laboratoriyadan “Qaynaq tətbiqi və əsasları”, “Mertrologiya, standartlaşdırma və sertifikatlaşdırma”, “Maşınların diaqnostikası” və s. dərslərinin tədrisində istifadə edilir.
Laboratoriyada Huatec, Magnaflux, Ohnson, Soloreter, Tenmars, Showrange, Olympus firmalarının istehsalı olan avadanlıqlar-Qaynaq tikişlərinin USM diaqnostikası, Çatların maqnit və rəngyaxma metodu ilə aşkarlanma cihazı, Maqnit sahəsi ölçən cihaz, Ultrabənövşəyi şüaları ölçən cihaz, Maqnit sahəsi istiqamətin göstəricisi, Elektromaqnit radiasiya detektoru, İşıqlanma ölçən, Rəqəmsal örtük qalınlığı ölçən, Rəqəmsal ultrasonik qalınlıq ölçmə cihazı vardır.
Layihələndirmə və adekvat modelləmə laboratoriyası
Laboratoriya ən yeni 8-ci nəsil HP kompüterləri ilə təmin olunub. Kompüterlərə SolidWork, AutoCad, ArchiCad, Matlab, MathCad, Multisim, Simatic kimi bir çox proqramlar yüklənilib. Burada tələbələr layihələndirmə və adekvat modelləşdirmənin əsaslarını öyrənirlər.
Laboratoriyadan “Tərsimi həndəsə və mühəndis qrafikası”, “İnformatika”, “Maşınqayrımada CAD, CAM sitemləri”, “İnşaat mexanikası” və s. dərslərinin tədrisində istifadə edilir.
Emal üsulları laboratoriyası
Laboratoriyada tələbələrə mexaniki emal üsulları öyrədilir. Bu laboratoriyada müasir qaynaq avadanlıqları, metal qoruyucu qaz qaynağı (MİG/MAG), avtogen qaynağı, əl ilə elektroqövs qaynağı, arqon qövs qaynağı (TİG), plazma kəsmə (sıxılmış hava ilə), RPİ dəzgahı, yarımavtomat torna dəzgahı, frez dəzgahı, şaqulu burğulama dəzgahı, hidravlik pres, kəsmə və əymə dəzgahları və s. vardır. Laboratoriya imkanlarından istifadə etməklə mexanika və maşın mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr qaynaqlama, tornalama, burğulama, polad və yumşaq metalları istənilən bucaq altında kəsmə və s. sahələrində praktiki vərdişlər qazanırlar.
Laboratoriyada, həmçinin müxtəlif alət və tərtibatlar, ölçmə cihaz və vasitələri də vardır.
Burada tələbələrdən ibarət qruplar müxtəlif innovativ layihələrin yerinə yetirilməsində aktiv iştirak edirlər.
Laboratoriyadan “Maşın istehsalı texnologiyası”, “Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma”, “Qaynaq tətbiqi və əsasları” və s. dərslərinin tədrisində istifadə edilir.
Laboratoriyada Chester, Knuth, Brierley, Telwin, Şahinler, Gate, Gate Progress Drilling Machines and Saws, Telwin, Sicherheits technic firmalarının istehsalı olan avadanlıqlar- Şaquli burğulama dəzgahı, Hidravlik pres, Cilalama-pardaqlama dəzgahı, Yumşaq metalların bucaq altında kəsmə dəzgahı, RPİ torna dəzgahı, TİG qaynaq aparatı (arqon qazı ilə), Əymə dəzgahı, Frez dəzgahı, Metal kəsmə maşını, MG/ MAG qaynaq aparatı (arqon ilə), MMA çubuqlu elektrod qaynaq maşını (dəyişən və sabir cərəyanla), Qaynaq aparatı, Torna dəzgahı, Əl alətləri dəsti, Oksigen asetilen qaynaq aparatı vardır.
Material və metalloqrafiya laboratoriyası
Laboratoriyada materialların quruluşu, mikrostrukturu, fiziki və mexaniki xarakteristikaları öyrənilir. Müxtəlif materiallardan sınaq nümunələri kəsilir, səthləri cilalanır və mikroskop altında mikrostrukturuna baxılır, analiz edilir. Material nümunələrinin səthi və həcmi bərklikləri müxtəlif üsullarla ölçülür. Metal nümunələrin termiki emalı həyata keçirilir.
Laboratoriyadan “Materialşünaslıq”, “Konstruksiya materiallarının texnologiyası” və s. fənlərin tədrisində geniş istifadə edilir.
Laboratoriyada Metkon, Gunt, Quorum, Carbolite, Matsuzawa, Future-Tech firmalarının istehsalı olan avadanlıqlar-Cilalama cihazı, Nümunə bakalitləmə cihazı, Metal nümunələri paralel səthlərlə kəsmə dəzgahı, Materialların universal sınaq qurğusu, Optik mikroskop 01, Optik mikroskop 02, Püskürtmə ilə karbon örtükçəkmə, Boruşəkilli kameralı termiki soba, Prizmatik kameralı termiki soba, Mikrobərklik test cihazı, Bərklik test cihazı, Mikro Vikkers bərlik ölçmə cihazı vardır.
Materiallar müqaviməti laboratoriyası
Laboratoriyada müxtəlif metallardan hazırlanmış nümunələrin dartılma, sıxılma, əyilmə, burulma və yorulmaya sınağı aparılır. Tenzometrik üsullarla tədqiq olunan nümunələrin deformasiyaları avtomatik ölçülərək, yaranan gərginliklər təyin edilir və qiymətləndirilir. Həmçinin prizmatik nümunələrin zərbəyə sınağı aparılır, zərbə zamanı yaranan potensial enerji və zərbə özlülüyü təyin edilir.
Laboratoriyadan “Materiallar müqaviməti”, “Konstruksiya materiallarının texnologiyası” və s. fənlərin tədrisində genişi istifadə edilir.
Laboratoriyada Gunt və Tecnotest firmalarının istehsalı olan avadanlıqlar- Dartılmaya sınaq maşını, Devormasiya ölçən tenzometrik sistem, Sıxma və əyməyə yoxlama cihazı, Burma və əyməyə yoxlama cihazı, Yorulmaya sınaq qurğusu, Burulmaya sınaq qurğusu, Zərbə özlülüyünün təqini qurğusu vardır.
Aerodinamika və maye mexanikası laboratoriyası
Laboratoriyada aerodinamika və maye mexanikası ilə bağlı praktiki dərslər keçmək üçün müasir qurğular mövcuddur. Bu laboratoriyada maye mexanikasının ilkin anlayışları, Bernulli tənliyi, axın rejiminin müəyyənləşdirilməsi, hava və suda cərəyan xətlərinin vizuallaşdırılması və s. kimi təcrübələr aparmaq mümkündür. Bundan əlavə turbomaşınların faydalı iş əmsalı və güc diaqramı da təcrübə vasitəsilə çəkilə bilir.
Laboratoriyadan “Maye və qazların mexanikası”, “İstilik texnikası”, “Hidravlika” fənlərin tədrisində geniş istifadə edilir.
Laboratoriyada Gunt və Ezinç firmalarının istehsalı olan avadanlıqlar- Aerodinamik təcrübə qurğusu, Mayelərin xassələri və hidrostatik qurğu, Elektronik təzyiq kalibrləmə, Mayelərdəki hidrostatik təzyiq, Bourdon manometrini kalibrləmə, Mayelərdəki hidrostatik təzyiq, Bourdon manometrini kalibrləmə, Təzyiq ölçmənin əsasları, Pelton turbininin işləmə prinsipi, Francis turbininin işləmə prinsipi, Reynolds kriteriyası cihazı, Sərbəst və məcburi konveksiya bloku, Viskometer, İdeal axın, Hidravlik itkilər, Əsas hidravlika dəzgahı, Boru şəkilli günəş kollektoru, Süni işıqlanma mənbəyi və Bernulli tənliyinin tətbiqi qurğusu vardır.
İstilik elmləri və istilik keçiriciliyi laboratoriyası
Laboratoriya istilik elmləri və istilik keçiriciliyi mövzularının prinsip və anlayışlarını öyrətmək üçün nəzərdə tutulub. Bu laboratoriyada tələbələr buxardan elektrik enerjisinin əldə edilməsini praktiki olaraq görmək imkanına malik olurlar, həmçinin soyutma sistemlərinin iş pirinsipini öyrənə bilirlər. Dərs vaxtı tələbələrə nəzəri biliklərinin praktika ilə müqayisəsi və ortaya çıxan xətaların səbəbləri öyrədilir. Laboratoriyadakı cihazların hamısı kompüterlə əlaqəlidir və təcrübə nəticələrini təchiz olunmuş proqramlar vasitəsilə qrafik şəkildə görə bilərlər.
Laboratoriyada Gunt və Deneysan firmalarının istehsalı olan avadanlıqlar-Buxar yöntəmli soyutma generatoru, İsitmə texnologiyasının effektlivliyi, Çox məqsədli soyuducu qurğusu, Buxar turbini modulu, Buxar generatoru modulu, İstilik konduksiya qurğusu, Soyutma qülləsi, Kondensasiya qurğusu, Qaynama prosesinin müşahidəsi, İstilik mübadilə aparatları, Təbii konveksiya və şüalanma, Temperatur ölçülməsinin əsasları, Temperatur ölçülməsinin əsasları, İzoxorik və izotermik proseslər, İstilik nasosunun iş prinsipi, Mayeləşdirilmiş yataqda istilik keçirmə, Qaz və sularda istilik keçiricilik əmsalı, İstilik keçiricilik hissəsi, Çarpaz axınlı istilik mübadilə aparatı vardır.
Qalvanika laboratoriyasi
Laboratoriyada metalların üzlənməsi, o cümlədən mis, xrom, nikel kimi bir çox üzlüklərin çəkilməsi öyrədilir. Laboratoriyada olarkən tələbələrə təhlükəsizlik qaydaları çatdırılır və onlara əlcək, maska və eynəkdən istifadə etməklərinin vacibliyi bildirilir.
Laboratoriyadakı avadanlıqlar isə Almaniya istehsalıdır (ZEH/dk. Systemtechnik Anlagentechnik).