Magistratura və doktorantura şöbəsi
Magistratura və doktorantura şöbəsinin əsasnaməsi
Bakı Mühəndislik Universitetində (BMU) magistrant kontingenti ilə əlaqəli aşağıdakı ümumi işlər və metodiki-təşkilati funksiyalar həyata keçirilir:
- Universitetə yeni qəbul olan magistrantların elektron sistemə qeydiyyatının aparılması və onların şəxsi işinin formalaşdırılması, DİM-in protokolları və məktubu əsasında I kursa qəbul əmrinin hazırlanması;
- Magistrantlarla müqavilə bağlanmasının təşkili;
- Magistr biletinin hazırlanıb onlara təqdim olunması;
- Magistrantların universitetə qəbulu, xaric olunması, akademik məzuniyyət verilməsi, soyadın dəyişilməsi, təqaüd verilməsi, xaric olmuş tələbələrin yenidən bərpası, köçürülməsi və məzun olması haqqında müxtəlif əmrlərin hazırlanması;
- Magistrant əmrlərinin universitetin “Elektron Məlumat Sisteminə” (EMS) işlənməsi, magistrantların şəxsi işinə tikilməsi;
- Magistrantlara arayış və transkriptlərin verilməsi;
- Magistrantlar barədə universitet daxilindən və universitet xaricindən tələb olunan müxtəlif statistikaların hazırlanması;
- Magistrant kontingenti ilə bağlı Təhsil Nazirliyindən və digər təşkilatlardan universitetə daxil olan məktublara cavab hazırlanması;
- Magistr dissertasiya işi müdafiəsi üzrə İxtisaslaşdırılmış şuraların protokollarının düzgün tərtib edilməsinə nəzarət etmək, vaxtında təhvil alınmasının təşkili;
- “Tələbə-məzun” dövlət elektron məlumat sistemi ilə işin təşkili, tələbələr barədə tələb olunan bütün məlumatların sistemə daxil edilməsi.
BMU-da qeyd olunan funksiyaları icra etmək üçün Magistratura və doktorantura şöbəsi fəaliyyət göstərir. Şöbə, eyni zamanda, universitetdə doktorantura kontingenti ilə əlaqəli aşağıdakı işlər üzrə metodiki-təşkilati funksiyaları həyata keçirir:
- Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində elanın verilməsi;
- Sənədlərin qəbulu və müsabiqənin keçirilməsi üçün rektorun əmri ilə qəbul komissiyasının yaradılması, müvafiq fənlər üzrə imtahan komissiyalarının yaradılması;
- Doktoranturaya və dissertanturaya müraciət edənlərin sənədlərinin yoxlanması və ixtisas uyğunluğunun müəyyənləşdirilməsi;
- Təqdim edilən sənədlərin əsasında qəbul komissiyasının imtahanlara buraxılmaq haqqında qərarının iddiaçılara bildirilməsi;
- Doktoranturaya qəbul imtahanlarının keçirilməsi və nəticələrin qəbul komissiyasına bildirilməsi;
- Keçirilmiş müsabiqənin nəticələri və nəzərdə tutulan elmi rəhbərin rəyi əsasında qəbul komissiyasının qərarının rektorluğa bildirilməsi;
- Doktoranturaya qəbul olunanlar haqqında rektorluq tərəfindən əmrin verilməsi;
- Doktorantların dissertasiya mövzularının, elmi rəhbərlərinin və fərdi iş planlarının (tədris proqramının) müvafiq elmi şuralarda təsdiq edilməsi;
- Müvafiq kafedranın təqdimatı əsasında iddiaçıların dissertant təhkim olunması, onların dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında elmi şura tərəfindən qərarın qəbul edilməsi;
- Qəbul olunan doktorant və dissertantlar haqqında məlumatın rektorluq tərəfindən Təhsil Nazirliyinə bildirilməsi;
- Doktoranturanın Dövlət statistika idarəsinə hesabatının verilməsi;
- Təsdiq edilmiş dissertasiya mövzularının AMEA dövlət qeydiyyat mərkəzi tərəfindən təsdiqinin təmin edilməsi;
- Doktorant və dissertantların fəaliyyət mərhələləri ilə əlaqədar seminarların təşkil edilməsi;
- Doktorantlar üçün xarici dildən doktorluq imtahanlarının verilməsi;
- Dissertantlar üçün xarici dil fənnindən doktorluq imtahanının verilməsi;
- Doktorant və dissertantlar üçün ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən) doktorluq imtahanlarının verilməsi;
- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili fənnindən əlavə doktorluq imtahanının verilməsi;
- Doktorant və dissertantların fərdi iş planının yerinə yetirilməsi barədə kafedralarda vaxtaşırı hesabat verməsi;
- Fakültə elmi şuralarında doktorant və dissertantların elmi rəhbərlərinin vaxtaşırı hesabatının dinlənilməsi;
- Doktorant və dissertantların illik attestasiyasının keçirilməsi;
- Dissertasiya işi tamamlandıqdan sonra işin yerinə yetirildiyi uyğun kafedrada AAK-ın tələblərini (videoçəkiliş və s.) nəzərə alaraq ilkin müzakirəsinin həyata keçirilməsi;
- Müdafiə üçün lazım olan sənədlərin toplanması və uyğun müdafiə şurasına təqdim edilməsi;
- İllik təhsil haqqının 2 hissə olaraq hər semestrin sonuna qədər ödənməsi;
- Normativ təhsil müddətini bitirən doktorant və dissertantların müəyyənləşdirilməsi, rektorluğa bildirilməsi və rektorluqda müvafiq əmrin verilməsi.
Universitetdə MBA proqramı üzrə də təhsil vardır.
Şöbə müdiri – texnika elimləri doktoru, professor Mahir Bəşirov
Baş mütəxəssis – doktorant Zahid İdriszadə
Mütəxəssis – Məhsəti Məmmədova
Mütəxəssis – Faiq Həsənov
Doktorantura
“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
Magistratura
2022/2023-ci tədris ili üçün magistratura səviyyəsi üzrə qəbul aparılacaq ixtisaslar
Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları
“Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə"nin təsdiqi barədə