Kompüter və informasiya texnologiyaları kafedrasının nəzdində 5 kompüter laboratoriyası və 1 elektronika laboratoriyası (239) fəaliyyət göstərir.
238 və 242 №-li kompüter laboratoriyaları eyni modeldə müasir “Monoblock” tipli 33 kompüterlə;
240 №-li kompüter laboratoriyası eyni modeldə müasir “Monoblock” tipli 27 kompüterlə;
244 №-li kompüter laboratoriyası 2018-ci ildə ən son model kompüterlərlə təchiz olunub.
237 №-li Kompüter laboratoriyası
Apple iMac tipli 21 kompüterlə təchiz olunub. Bu laboratoriyadakı kompüterlər tədris üçün nəzərdə tutulmuş proqram təminatları ilə təchiz edilib.
239 №-li Elektronika laboratoriyası Dövrə nəzəriyyəsi, Elektronikanın əsasları, Rəqəmsal sistemlər və s. fənlərin tədrisi üçün nəzərdə tutulmuş müasir elektron cihazlarla təchiz olunub.
238, 240, 242, 244 №-li kompüter laboratoriyaları Microsoft windows əməliyyat sistemləri və müxtəlif fənlərdə istifadə edilən proqram paketləri ilə təchiz edilib:
1. Proqramlaşdırma tipli fənlər üçün: FC Pro3, Dec C/C++, Python 2.7/3.7, PyCharm IDE, Kolin Language IDE, Java JDK, Eclipse, NetBeens, Intellij, MS Visual Studio, SQL Developer
2. Mobil proqramlaşdırma dərslərində istifadə olunan proqram təminatı: Android Studio və Kotlin programming Language
3. Dizayn proqramları: AutoCAD, BricsCAD, Revet və.s
4. Şəbəkə dərslərində: GNS3|The software that empowers network professionals və Cisco Packet Tracer
5. Veb proqramlaşdırmada istifadə olunan proqramlar: MS Visual Studio, MS SQL Server, Oracle Database 12c, My SQL və App Server
6. Virtual maşınlar: VMware Workstation və Oracle VM VirtualBox
7. Elektronika proqramları: PicSimulator, MPLAB İDE v8.92, MPLAB İDE X, Multisim, MiniTab, PİC C Compiler və TİA Portal
8. Digər proqram təminatı: PRO II v9.4, Proteus 8 Professional, ProModel, MATLAB, Maple, PolyMath və Aspen Plus V8.8
9. Ofis proqramı: MS Office 2010 və MS Office 2019
Əlavə olaraq laborant və müəllimlər bütün laboratoriyalara quraşdırılmış xüsusi proqram təminatları vasitəsilə nəzarət edirlər. Bu proqram vasitəsilə virtual siniflər yaratmaq və otaqlara görə sinif jurnalları tərtib etmək, tələbələri imtahan etmək, imtahan müddətində internet ilə əlaqəsini kəsmək və s. kimi işləri yerinə yetirmək mümkündür.
Kafedra müdiri vəzifəsini icra edən: Amil Babayev
Laboratoriya müdiri: Kamil Əhmədov