Fizika qanunları eksperimental və müşahidə faktorlarına əsaslanır. Bu səbəbdən laboratoriya işləri ümumi fizika fənninin mühüm tərkib hissəsi olub, Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin elmi hesablama aparmaq və fizika qanunları barədə təsəvvürlərini genişləndirmək istiqamətində bacarıqlarını təkmilləşdirir. Universitetin fizika laboratoriyası 5 bölmə üzrə praktik-təcrübi laboratoriya işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulub:
1. Mexanika
2. Molekulyar fizika
3. Elektrik və maqnetizm
4. Optika
5. Atom fizikası
Laboratoriya avadanlığı PASCO (www.pasco.com) şirkətindən alınıb. Laboratoriyada mövcud olan müasir avadanlıqlar fizikanın yuxarıda göstərilən sahələri üzrə əsas təcrübə işlərinin aparılmasına imkan verir. Tələbələr apardığı hər bir təcrübə işində kompüterdən, çox sayda müxtəlif sensorlardan və xüsusi proqram təminatından istifadə edərək ölçmə apardığı kəmiyyətləri birbaşa cədvəl və qrafiklər əsasında müşahidə edə bilirlər. Hər bir işin ölçmə və hesablama xətaları proqram təminatı vasitəsilə verilir. Laboratoriyada aparılan təcrübələr tələbələrə fizika ideyalarının əhəmiyyətini anlamaqda kömək edir, həmçinin, fizika sahəsində araşdırmaların aparılması üçün zəruri olan metod və vasitələrlə onları tanış edir. Tələbələrdən yeni laboratoriya işlərini verilən kurs işi və lahiyələr əsasında mövcud avadanlıqlardan istifadə edərək yerinə yetirmək tələb olunur.