BMU Nizamnaməsi

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

“Bakı Mühəndislik Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında

 “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakı Mühəndislik Universitetinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

                                                                                                                           

                                                                                                                             Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, iyun 2022-ci il

№ 223  

                                                                                                      Azərbaycan Respublikası Nazirlər

                                                                                                       Kabinetinin 2022-ci il 6 iyun

                                                                                                          tarixli 223 nömrəli Qərarı ilə

                                                                                                          təsdiq edilmişdir.

 

Bakı Mühəndislik Universitetinin

N İ Z A M N A M Ə S İ

1.   Ümumi müddəalar

 

1.1. “Bakı Mühəndislik Universiteti” (bundan sonra - Universitet) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır.

1.2. Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzərimetodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

1.3. Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını və sərəncamlarını, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Universitetin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, bank hesabı, üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Universitet “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 3 yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Universitetin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

1.6. Universitet öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.7. Qanuna uyğun olaraq, Universitetin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Universitet məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Universitet “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Universitetin elmi qurumları isə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.

1.9. Universitetdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.10. Universitet Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, 120 ünvanında yerləşir.

 

2. Universitetin fəaliyyət istiqamətləri

 2.1. Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

 2.1.2. magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

2.1.3. doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

2.1.4. orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

 2.1.5. elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.

 

3. Universitetin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Universitetin vəzifələri aşağıdakılardır:

 4 3.1.1. ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək;

3.1.3. hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafını, təhsilalma tələblərini ödəmək;

3.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək;

 3.1.5. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;

3.1.6. ali təhsilin müvafiq səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlanmasını həyata keçirmək;

3.1.7. profilinə uyğun olaraq elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparmaq və elmi-metodiki sənədlər hazırlamaq;

3.1.8. dövlət təhsil standartlarına, ayrı-ayrı pillələr və ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə dair digər sənədləri səlahiyyətləri çərçivəsində hazırlamaq;

3.1.9. elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil etmək və həyata keçirmək;

3.1.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı Universitetin beynəlxalq fəaliyyətini və xarici əlaqələrini təmin etmək;

3.1.11. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etmək və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım göstərmək;

3.1.13. hər bir təhsilalanın, valideynin və ya digər qanuni nümayəndənin Universitetin nizamnaməsi və dövlət akkreditasiyası haqqında sənədlə tanış olmasına şərait yaratmaq;

3.1.14. Universitetin əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi məqsədilə tədbirlər görmək;

3.1.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı inzibati 5 xəta və cinayət əlamətləri aşkar etdikdə aidiyyəti üzrə məlumat vermək;

 3.1.16. Universitetin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

 3.1.17. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.18. Universitetə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.19. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.20. Universitetin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.21. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaq;

3.1.22. Universitetin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.23. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;

 3.1.24. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.25. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədini, habelə müvafiq arayış vermək;

3.1.26. “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarından, habelə bu Nizamnamədən irəli gələn digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Universitetin aşağıdakı hüquqları vardır;

3.2.1. müvafiq struktur bölmələrində Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə orta ixtisas təhsilini həyata keçirmək;

3.2.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının 6 Qanununa və bu Nizamnaməyə uyğun olaraq vətəndaşların əlavə təhsil almasını təşkil etmək;

3.2.3. xarici dövlətlərin ali təhsil müəssisələri ilə bağlanılmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq beynəlxalq təhsil proqramlarını həyata keçirmək;

3.2.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikasında və xarici dövlətlərin ərazisində filiallar (Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla), idarə və nümayəndəliklər açmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq;

3.2.5. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, xarici ölkələrin ali təhsil müəssisələri, təşkilatları ilə həmçinin, beynəlxalq qurumlarla və fondlarla əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək;

3.2.6. elmi əsərlər, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq və nəşr etmək;

3.2.7. “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

3.2.8. təhsilalanlar və əməkdaşlar üçün idman, sağlamlıq, iaşə və məişət xidmətlərini təşkil etmək və göstərmək;

 3.2.9. fəxri professor (doktor) adı vermək;

3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.11. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.12. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.13. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.15. əməkdaşlarını dövlət təltifləri və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.16. “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarından və bu Nizamnamədən irəli gələn digər hüquqları həyata keçirmək.

3.3. Universitetdə təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

3.4. Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ali təhsil pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir.

3.5. Universitetdə tədris ali təhsil pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramları ilə həyata keçirilir.

3.6. Universitetdə təlim-tərbiyə prosesinin təşkili ilə bağlı digər məsələlər “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına, həmçinin həmin qanunlardan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.

 

4. Universitetin idarə olunması

4.1. Universitet aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, “Təhsil haqqında”, “Elm haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq idarə edilir.

4.2. Universitetin təsisçisinin səlahiyyətləri aşağıdakılardır:

4.2.1. Universitetin Nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən olunması, onların dəyişdirilməsi;

4.2.2. idarəetmə orqanlarının yaradılması;

4.2.3. rektor istisna olmaqla idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.2.4. inkişaf istiqamətlərinin müəyyən olunması və illik maliyyə hesabatlarının təsdiq edilməsi;  

4.2.5. Universitetin strukturunun təsdiq edilməsi;

4.2.6. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

4.2.7. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə Universitetə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 (beş) faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanılmasına razılıq verilməsi;

4.2.8. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

4.2.9. Universitetin yenidən təşkili və ləğv edilməsi.

4.3. Bu Nizamnamədə dəyişikliklər Universitetin Elmi Şurasında müzakirə olunur və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

4.4. Universitetə münasibətdə təsisçinin səlahiyyətlərini (bu Nizamnamənin 4.2.1-ci, 4.2.2-ci və 4.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.

 4.5. Universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.

 4.6. Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 (üç) nəfər olmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.

4.7. Universitetin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.

4.8. Rektor Universitetin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, Universitetin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur.

4.9. Rektorun fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.

4.10. Rektor:

4.10.1. Universitetin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;

4.10.2. Universiteti dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq qurumlarla, digər hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil edir;

4.10.3. Universitetin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.10.4. Universitetin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təkliflər verir və sənədlər (o cümlədən Universitetin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

4.10.5. müəyyən edilmiş struktur daxilində Universitetin əməyin ödənişi fondunu və işçilərin say həddini, ştat cədvəlini, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla ştat cədvəlini təsdiq edir;

4.10.6. Universitetin intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir;

4.10.7. Universitetin işçilərinin (prorektor istisna olmaqla), o cümlədən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla onun idarə, filial, nümayəndəlik və tabeliyindəki digər qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu Nizamnamənin 6.7-ci bəndi nəzərə alınmaqla), habelə Universitetin işçiləri barəsində həvəsləndirməsinə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;

4.10.8. Universitetin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

 4.10.9. Elmi Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir;

4.10.10. özünün və Universitetin digər vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.10.11. Elmi Şura qarşısında elm və tədris məsələlərinə, Himayəçilər Şurası qarşısında isə Universitetin cari fəaliyyətinə dair hesabat verir;

4.10.12. Universitetin işçilərinə vəzifə maaşlarının, vəzifə 10 maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.10.13. Universitetin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir və bu Nizamnamənin 3.1.18-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.10.14. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Universitetin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə Universitetin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri Universitetin aktivlərinin 5 (beş) faizini və daha çox, həmçinin 5 (beş) faizədək hissəsini təşkil edən əqd) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.10.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı komissiyalar və işçi qruplar yaradır;

4.10.16. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.10.17. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.10.18. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

4.10.19. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.10.20. Universitetin cari fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir.

4.11. Universitetin 5 (beş) prorektoru vardır. Universitetin prorektorlarının sayı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla dəyişdirilə bilər. Prorektorları Universitet rektorunun təqdimatı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi təyin edir. Rektor olmadıqda Universitetin fəaliyyətinə rəhbərliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi prorektor həyata keçirir.

4.12. Universitet təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. Universitetin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər.

4.13. Universitetdə elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris- 11 köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Professormüəllim heyəti, dekan və kafedra müdiri vəzifələrinin tutulması seçki, digərləri isə təyinolunma yolu ilə həyata keçirilir və Universitet rektorunun əmri ilə (prorektorun təyin edilməsi istisna olmaqla) rəsmiləşdirilir.

4.14. Təhsilalanların, təhsilverənlərin, Universitetin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, bu Nizamnamə və Universitetin daxili intizam qaydaları ilə, eləcə də Universitetlə əmək münasibətləri olan şəxslərə münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan əmək müqavilələri ilə tənzimlənir.

 

5. Universitetin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 5.1. Universitetin nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır.

5.2. Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşdırılır.

5.3. Universitetin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

5.4. Universitet ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

5.5. Bu Nizamnamənin 5.3-cü bəndi nəzərə alınmaqla, Universitet əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.

5.6. Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə edilməsi ilə bağlı fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi, yaxud onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

5.7. Universitetin maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır.

5.8. Universitet “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir.

5.9. Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun maliyyələşdirilir.

5.10. Universitet bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

5.11. Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün Universitet Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

5.12. Universitet bu Nizamnamənin 5.2-ci bəndində qeyd olunan mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyinə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

5.13. Universitetin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir.

5.14. Universitet fəaliyyətindən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq xərcləyir.

5.15. Universitetdə dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən olunur. Universitetin ödənişli təhsil 13 xidmətlərinin və bu Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.

 

6. Universitetin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Universitetin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi, həmçinin bu Nizamnamə ilə müəyyən olunmuş qaydada Universitetin idarəetmə orqanları həyata keçirirlər.

 6.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Universitetdə plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər.

 6.3. Universitetin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir.

6.4. Universitetin fəaliyyətinə nəzarətin digər formaları “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.

6.5. Universitet idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyətəsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

 6.6. Universitetin fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün Himayəçilər Şurası kənar auditor təyin edir və onun audit hesabatını qəbul edir.

6.7. Universitetdə daxili audit bölməsinin fəaliyyətinə Himayəçilər Şurası nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edir.

 

7. Universitetdə uçot və hesabat

7.1. Universitet “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

 7.2. Universitet “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

 

8. Universitetin yenidən təşkili və ləğv edilməsi

8.1. Universitetin yenidən təşkilini və ləğv edilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.