Mühəndislik fakültəsinin tələbələri Abşeron Logistika Mərkəzində olublar
26 fevral 2026
Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” və “Nəqliyyatda servis mühəndisliyi” ixtisasları tələbələrinin Abşeron Logistika Mərkəzinə ekskursiyası təşkil olunub.
Logistika və nəqliyyat kafedrasının dosenti Nicat Kərimov, müəllimlər Zamir Novruzov və Araz Alışarlının rəhbərliyi ilə həyata keçirilən ekskursiya zamanı tələbələr mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıb.
Mərkəzin Təlim departamentinin rəhbəri Namiq Ağayev tələbələrə yük emalı prosesləri, 3PL anbarları, gömrük prosedurları, sənədləşmə qaydaları və logistika əməliyyatlarının təşkilini ətraflı izah edib.
Tələbələr, həmçinin mərkəzin ərazisi, ayrı-ayrı şöbələrin fəaliyyəti və praktik proseslər ilə əyani tanış olublar.
Təcrübə səfəri tələbələrin nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsi və logistika sahəsində real iş prosesləri ilə tanış olmaları baxımından xüsusi əhəmiyyət daşıyıb.



