BMU tələbəsindən “Metro Hackathon” layihəsində uğurlu nəticə

4 may 2026
BMU tələbəsindən “Metro Hackathon” layihəsində uğurlu nəticə

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Fuad Məmmədovun təmsil olunduğu “Gənclik” komandası “Metro Hackathon” layihəsində uğurlu nəticə əldə edib. İnformasiya və kompüter texnologiyaları fakültəsinin “İdarəetmədə informasiya sistemləri ixtisası” üzrə 1-ci kurs magistratura tələbəsi olan Fuad Məmmədovun yer aldığı komanda yarışmada yüksək peşəkarlıq nümayiş etdirərək II yerə layiq görülüb.

 

“Metro Hackathon” layihəsi AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən süni intellekt (AI) əsaslı innovativ həllərlə sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin potensialının reallaşdırılması məqsədilə keçirilib.

 

Layihədə iştirakı təsdiqlənən komandalar metropolitenin stansiyalarının adları altında yarışıblar. Qalib komandalara pul mükafatı və xüsusi hədiyyələr təqdim edilib.

 

Layihədə məqsəd AI əsaslı texnologiyalar vasitəsilə sərnişin axınının idarə olunması və sıxlığın azaldılması kimi strateji hədəflərə, o cümlədən gənclərin innovativ ideyalarını real infrastruktur həllərə çevirməklə paytaxtın nəqliyyat sistemində rəqəmsal transformasiyaya nail olmaqdır. 

BMU tələbəsindən “Metro Hackathon” layihəsində uğurlu nəticə | BEU