BMU tələbələri istehsal prosesi ilə tanış olublar

7 may 2026
BMU tələbələri istehsal prosesi ilə tanış olublar

Bakı Mühəndislik Universitetinin (BMU)  “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri Norm sement zavoduna ekskursiya ediblər.  

 

BMU-nun Müəssisələrlə əlaqələr və karyera mərkəzi və Kimya Mühəndisləri Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində tələbələr sement istehsalı prosesini xammal mərhələsindən son məhsula qədər əyani şəkildə izləyiblər. Ekskursiya zamanı iştirakçılar zavodun istehsal sahələri ilə yanaşı, laboratoriya prosesləri, materialların analizi və məhsulun keyfiyyətinə nəzarət mexanizmləri barədə də ətraflı məlumat əldə ediblər. 

 

Səfər tələbələrin nəzəri biliklərinin praktik mühitdə tətbiqinə imkan yaratmaqla bərabər, onların real sənaye təcrübəsi qazanmasına və gələcək peşə fəaliyyətinə daha yaxından hazırlaşmasına töhfə verib.   

BMU tələbələri istehsal prosesi ilə tanış olublar | BEU