BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar

6 fevral 2026
BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının MetaWay təşkilatı ilə əməkdaşlığı çərçivəsində dilçilik mövzusunda onlayn vebinar təşkil olunub. 

 

Tədbir akademik mübadilə, strukturlaşdırılmış elmi müzakirə və gələcək birgə tədqiqat əməkdaşlıqlarının təşviqi məqsədilə keçirilib. Beynəlxalq elmi platformada müxtəlif ölkələrdən tədqiqatçılar və mütəxəssislər iştirak ediblər. 

 

Vebinar çərçivəsində dilçilik və əlaqəli sahələr üzrə akademik məruzələr təqdim olunub. Çıxış edənlər öz elmi maraq dairələri, akademik profilləri və davam edən birgə tədqiqatları barədə məlumat veriblər. Məruzəçilər, həmçinin həmmüəllifli elmi nəşrlərin hazırlanmasına dair təkliflərini də səsləndiriblər. 

 

Vebinar səmərəli qarşılıqlı elmi əlaqənin genişlənməsinə və beynəlxalq  tədqiqat şəbəkələrinin gücləndirilməsinə töhfə verib. Tədbirin akademik nəşrə dəstək tərəfdaşı qismində Linguiverse beynəlxalq elmi jurnalı çıxış edib. Linguiverse, eyni zamanda  gələcək birgə tədqiqat nəticələrinin dərc olunması üçün potensial nəşr platforması kimi təqdim edilib (https://linguiverses.com/index.php/journal ).   

  

Beynəlxalq əməkdaşlığın davamı olaraq gələcəkdə birgə akademik təşəbbüslərin  və tədqiqat yönümlü tədbirlərin təşkili planlaşdırılır. 

 

İctimaiyyətə açıq keçirilən vebinarla daha ətraflı YouTube platforması üzərindən tanış olmaq mümkündür (https://youtu.be/AK6lFnzBX8A?si=YbvB7JoyyPD5z9V6)

BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar | BEU