BMU əməkdaşının məqaləsi “Camridge Core” platformasına daxil olan Q1 kateqoriyalı jurnalda

17 fevral 2026
BMU əməkdaşının məqaləsi “Camridge Core” platformasına daxil olan Q1 kateqoriyalı jurnalda

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının baş müəllimi Sevda Hüseynovanın elmi məqaləsi Cambridge University Press nəşriyyatı tərəfindən nəşr olunan, “Camridge Core” platformasına daxil olan nüfuzlu “Iranian Studies” jurnalında dərc edilib. Yüksək akademik nüfuza malik Q1 kateqoriyalı jurnal Web of Science, həm də Scopus kimi mötəbər beynəlxalq elmmetrik bazalarda indekslənir. 

 

Məqalədə Azərbaycan ədəbiyyatında postkolonial kontekstdə yaradıcı obrazların və yenilənmiş hekayə quruluşunun milli kimliyin, tarixi yaddaşın qorunması, həmçinin mədəni transformasiya ilə əlaqəsi araşdırılıb. Ədəbiyyatşünaslıq elmində bir xalqın tarixi təcrübəsinin, mədəni düşüncəsinin təcəssümünün dərki baxımından elmi və praktiki əhəmiyyətə malik məqalə ilə bu link-https://www.scopus.com/pages/publications/105019777998?origin=resultslist vasitəsilə tanış olmaq mümkündür. 

 

Vurğulamaq yerinə düşər ki, BMU əməkdaşının məqaləsi Elm və Təhsil Nazirliyi ilə Böyük Britaniyanın aparıcı akademik nəşriyyatı Cambridge University Press arasında bağlanmış razılaşma çərçivəsində işıq üzü görüb. Razılaşmaya əsasən, Azərbaycan alimləri 3 il ərzində adıçəkilən nəşriyyat tərəfindən nəşr olunan yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etdirmək imkanı əldə edib. 

 

BMU əməkdaşı S.Hüseynovanın elmi məqaləsi də bu razılaşmaya uyğun olaraq adıçəkilən platformada uğurla yayımlanıb və “Təhsil TV”  bununla bağlı xüsusi reportaj hazırlayıb.

 

Qeyd edək ki, bu əməkdaşlıq modeli alimlərin beynəlxalq elmi şəbəkələrə inteqrasiyasını gücləndirir və ölkənin elmi potensialının tanıdılmasına töhfə verir. Eyni zamanda Azərbaycan elminin dünya elmi məkanında daha görünən və rəqabətqabiliyyətli mövqedə təmsil olunmasına xidmət edir.

 

 

BMU əməkdaşının məqaləsi “Camridge Core” platformasına daxil olan Q1 kateqoriyalı jurnalda | BEU