BMU-da yaz semestri başlayıb

16 fevral 2026
BMU-da yaz semestri başlayıb

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-ci tədris ilinin yaz semestri başlayıb.

 

Universitetin Akademik təqviminə əsasən bakalavriat və magistratura səviyyələrində dərslərin cari ilin 30 may tarixinə qədər davam etdirilməsi  nəzərdə tutulub. Yaz semestrinin imtahan sessiyasının isə 01 iyun-04 iyul tarixlərində keçirilməsi planlaşdırılır.

 

2-ci semestrlə bağlı hazırlanmış dərs cədvəlləri öncədən tələbələrin şəxsi kabinetlərinə, habelə kafedraların elan lövhələrinə yerləşdirilib.

 

Bütün tələbələrimizə yaz semestrində uğurlar diləyirik!

 

BMU-da yaz semestri başlayıb | BEU