BMU-da inklüziv təhsil üzrə anket sorğusu keçirilib

10 aprel 2026
BMU-da inklüziv təhsil üzrə anket sorğusu keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Strategiya və keyfiyyət təminatı şöbəsi tərəfindən inklüziv təhsilə dair anket sorğusu keçirilib. Sorğunun əsas məqsədi universitetdə inklüziv təhsil sahəsində mövcud vəziyyətin öyrənilməsi, bu istiqamətdə məlumatlılığın artırılması və inkişaf tələblərinin müəyyənləşdirilməsi olub. 

 

Sorğunun nəticələri göstərir ki, iştirakçılar ümumilikdə inklüziv təhsil anlayışını düzgün qavrayır və onun mahiyyətini hər bir təhsilalan üçün bərabər imkanların yaradılması kimi dəyərləndirirlər. Respondentlər akademik heyətin inklüziv təhsilin həyata keçirilməsində mühüm rol oynadığını, xüsusilə fərqli öyrənmə tərzlərini nəzərə alan yanaşmaların tətbiqinin vacibliyini vurğulayıblar. Eyni zamanda, inklüziv mühitin formalaşmasında müəllimlərin bilik və bacarıqlarının əsas amillərdən biri olduğu qeyd edilib. 

 

Sorğunun ümumi yekunu BMU-da inklüziv təhsilin inkişafı üçün müsbət yanaşmanın formalaşdığını göstərir və bu sahədə sistemli işlərin davam etdirilməsinin əhəmiyyətini bir daha təsdiqləyir.

 

Qeyd edək ki, əldə olunan nəticələr əsasında yaxın müddətdə universitet heyəti üçün inklüziv təhsil mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulur.

BMU-da inklüziv təhsil üzrə anket sorğusu keçirilib | BEU