BMU-da doktorant və dissertantlar ixtisas imtahanı verib
30 yanvar 2026
Bakı Mühəndislik Universitetində (BMU) fəlsəfə doktoru proqramı üzrə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisasından doktorluq imtahanı təşkil olunub.
İmtahanda komissiyanın sədri, professor Bayram İbrahimov, BMU-nun Magistratura və doktorantura şöbəsinin müdiri professor Şikar Qasımov çıxış ediblər.
İmtahan qaydaları ilə tanışlıqdan sonra sualların cavablandırılması prosesi başlayıb.
Verilən müddətdə sualları müvəffəqiyyətlə cavablandıran dissertant və doktorantlar məqbul qiymətləndirilib.



