BMU aliminin araşdırması Q1 kateqoriyalı “PLOS ONE” jurnalında

2 oktyabr 2026
BMU aliminin araşdırması Q1 kateqoriyalı “PLOS ONE” jurnalında

Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müdiri, professor Rakib Əfəndiyevin həmmüəllifi olduğu elmi məqalə Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib.

 

“High-accuracy pseudospectral scheme for fractional diffusion-wave problems based on cardinal functions” (“Kardinal funksiyalara əsaslanan fraksiyalı diffuziya-dalğa problemləri üçün yüksək dəqiqlikli psevdospektral sxem”) adlı məqalə tətbiqi riyaziyyat sahəsində nüfuzlu elmi nəşrlərdən biri hesab olunan, “Scopus” bazasında indekslənən və multidissiplinar sahə üzrə Q1 kateqoriyalı “PLOS ONE” jurnalı nda yer alıb.

 

Araşdırmada yaddaş və irsi xüsusiyyətlərə malik mürəkkəb fiziki proseslərin — anomal diffuziya və özlü-elastiklik hadisələrinin modelləşdirilməsində istifadə olunan kəsr tərtibli diffuziya-dalğa tənliklərinin yüksək dəqiqliklə həlli üçün Lejandr kardinal funksiyalarına əsaslanan səmərəli psevdospektral sxem təklif olunur.

 

Əldə olunan nəticələr həm ikinci, həm də dördüncü tərtibli tənliklərin ədədi həllinin sürətləndirilməsi, hesablama yükünün əhəmiyyətli dərəcədə azaldılması, eləcə də mövcud fərq və kollokasiya üsulları ilə müqayisədə daha yüksək dəqiqlik və səmərəliliyin təmin olunması baxımından böyük elmi əhəmiyyət kəsb edir.

 

Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

 

Scopus:


https://www.scopus.com/pages/publications/105046376701

 

DOI:


https://doi.org/10.1371/journal.pone.0353233

BMU aliminin araşdırması Q1 kateqoriyalı “PLOS ONE” jurnalında | BEU