BMU tələbələri üçün Silikon Vadisi metodologiyası ilə İT təhsili imkanı
6 fevral 2026

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün 100 faiz təqaüdlə beynəlxalq İT təhsili imkanı yaradılıb. Universitetlə Holberton School Azerbaijan arasında qurulan strateji əməkdaşlıq çərçivəsində yeni təhsil proqramına qəbul elan olunub.
Proqram gələcəyin texnologiya mütəxəssislərinin hazırlanmasına yönəlib və iştirakçılara Silikon Vadisi metodologiyası əsasında tədris təqdim olunur. Təhsil tam təqaüd əsasında həyata keçiriləcək.
Proqram çərçivəsində tələbələr Machine Learning (ML), Cyber Security, Computer Science istiqamətləri üzrə peşəkar bilik və bacarıqlar əldə edə biləcəklər.
Holberton School-un əsası ABŞ-nin San-Fransisko şəhərində qoyulub və məktəb innovativ tədris modeli ilə seçilir. Təhsil prosesi ənənəvi mühazirə üsulundan fərqli olaraq "Peer Learning" (yoldaşlıq öyrənməsi) və "Project-based Learning" (layihə əsaslı öyrənmə) yanaşmaları üzərində qurulub. Bu model tələbələrin real iş mühitinə uyğun praktiki təcrübə qazanmasına şərait yaradır. Proqram iştirakçıları beynəlxalq səviyyədə tanınan sertifikat əldə edir, həmçinin qlobal texnologiya ekosisteminə və peşəkar İT ismasına çıxış imkanı qazanırlar.
Proqrama qoşulmaq istəyən BMU tələbələri aşağıdakı müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər: