BMU-da “Təhsildə inklüzivlik: prinsiplər və yanaşmalar” mövzusunda təlim keçiriləcək

28 aprel 2026

BMU-da “Təhsildə inklüzivlik: prinsiplər və yanaşmalar” mövzusunda təlim keçiriləcək

Bakı Mühəndislik Universitetinin (BMU) Strategiya və keyfiyyət təminatı şöbəsi tərəfindən “Təhsildə inklüzivlik: prinsiplər və yanaşmalar” mövzusunda təlim təşkil olunacaq.

 

Təlimin məqsədi inklüziv təhsilin əsas prinsipləri, müasir yanaşmaları və ali təhsil mühitində tətbiqi istiqamətində məlumatlılığın artırılması, həmçinin bu istiqamətin universitetin strateji inkişafına, keyfiyyət təminatı sisteminə və beynəlxalq mövqeyinə töhfəsinin əsaslandırılmasıdır.

 

Baş müəllim, b.ü.f.d. Elşad Yunusov tərəfindən keçiriləcək təlim zamanı inklüziv təhsilin mahiyyəti, tələbə-mərkəzli tədris yanaşmaları, bərabər imkanların təmin olunması, təhsil mühitində əlçatanlıq və müxtəliflik prinsiplərinin tətbiqi kimi mövzulara toxunulacaq. 

 

Bundan əlavə, inklüzivlik yanaşmalarının beynəlxalq reytinq sistemlərində (o cümlədən QS World University Rankings və Times Higher Education) sosial məsuliyyət, bərabərlik və müxtəliflik indikatorları üzrə qiymətləndirilməsi və bu amillərin universitetlərin qlobal rəqabət qabiliyyətinə təsiri barədə məlumat veriləcək.

 

İnklüziv təhsilin inkişafının yalnız sosial məsuliyyət məsələsi deyil, həm də universitetin akkreditasiya uğurları və beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığı nəzərə alınaraq universitet əməkdaşlarının bu tədbirdə iştirakı vacib hesab olunur. 

 

Təlim 5 may tarixində saat: 11:00-da BMU-nun rektorluq binasının Akt zalında keçiriləcək. 

BMU-da “Təhsildə inklüzivlik: prinsiplər və yanaşmalar” mövzusunda təlim keçiriləcək | BEU