BMU fəlsəfə doktoru proqramı üzrə doktoranturya qəbul elan edir

19 may 2026

BMU fəlsəfə doktoru proqramı üzrə doktoranturya qəbul elan edir

Bakı Mühəndislik Universiteti (BMU) 2026/2027-ci tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturya qəbul elan edir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsilin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan (II kursda təhsil alanlar da daxil) Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər. 

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 

 

-  kadrların şəxsi qeydiyyat vərəqi;

 

-  tərcümeyi-hal;

 

-  2 ədəd fotoşəkil (3×4 ölçüdə);

 

-  iş yerindən xasiyyətnamə;

 

-  iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

 

-  elmi rəhbərin razılıq məktubu;

 

-  çap olunmuş elmi əsərlərin təsdiq olunmuş siyahısı (elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır; elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat (rəy verilmiş) təqdim etməlidirlər);

 

-  ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);

 

-  şəxsiyyəti təsdiq edən sənədin surəti. 

 

Müraciət edəcək şəxslər Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər. 

 

Plan yerləri 

 

İxtisasın şifri Elm sahələri və ixtisaslar Fəlsəfə doktoru proqramı üzrə 
Doktorantura 
Cəmi Dövlət sifarişli və ödənişli əsaslarla 
o cümlədən 
əyani qiyabi 
12345
Bakı Mühəndislik Universiteti 
1203.01 Kompüter elmləri (texnika) 1-1
1211.01 Diferensial tənliklər 1-1
2003.01 Maye, qaz və plazma mexanikası 1-1
2220.01 Yarımkeçiricilər fizikası 1-1
2306.01 Üzvi kimya 211
2314.01 Neft kimyası 211
2426.01 Ekologiya (elm sahələri üzrə) 211
3305.07 İnşaat materialları və məmulatları 1-1
3313.01 Maşınqayırma texnologiyası 211
3327.01 Nəqliyyat sistemləri texnologiyası 1-1
3338.01 Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) 413
3339.01 İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi 312
3343.01 İstilik texnikasının nəzəri əsasları 11-
5301.01 Daxili fiskal siyasət və dövlət maliyyəsi 422
5303.01 Mühasibat uçotu 2-2
5308.01 Ümumi iqtisadiyyat 2-2
5311.01 Müəssisələrin təşkili və idarə olunması 211
5901.01 Beynləlxalq münasibətlər 11-
6217.01 Texniki estetika və dizayn 1-1
6218.01 Dekorativ tətbiqi sənət 1-1
6401.01 Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərbası və rekonstruksiyası 1-1
 Cəmi: 361125

Elektron sənəd qəbulu üzrə video təlimat:   

https://www.youtube.com/watch?v=RFo4CBu0e0E 

 

Sənəd qəbulu üçün başlanğıc tarix: 19 may 2026-cı il 

 

Sənəd qəbulu üçün son tarix: 09 iyun 2026-cı il 

 

Qəbul qaydaları haqqında əlavə məlumat almaq istəyənlər BMU-nun Magistratura və doktorantura şöbəsinə (rektorluq binası, otaq №109) müraciət edə bilərlər. 

 

Əlaqə: (+994 12) 349-99-66 (daxili 1109) 

BMU fəlsəfə doktoru proqramı üzrə doktoranturya qəbul elan edir | BEU