BMU 2025/2026-cı tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

12 iyun 2025

BMU 2025/2026-cı tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

Bakı Mühəndislik Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2025/2026-cı tədris ilində təkrar ali təhsil almaq istəyənlər üçün aşağıdakı ixtisaslar üzrə sənəd qəbulu elan edir.

İxtisasın adıAzərbaycan bölməsi İngilis bölməsi
  ƏyaniQiyabiƏyani
1Dekorativ - tətbiqi sənət (bədii keramika, süsə, xalça, bədii toxuculuq)+  
2Dizayn (interyer dizaynı, qrafik dizayn, sənaye dizayn, geyim dizayn)+ +
3Beynəlxalq ticarət və logistika++ 
4Biznesin idarə edilməsi+++
5Dövlət və bələdiyyə idarəetməsi++ 
6İqtisadiyyat+++
7Maliyyə+++
8Marketinq++ 
9Mühasibat+++
10Biotexnologiya+  
11Fizika  +
12Kimya+ +
13Kompüter elmləri+ +
14 Riyaziyyat  +
15Data analitikası  +
16Ekologiya mühəndisliyi+ +
17Elektrik və elektronika mühəndisliyi+ +
18Energetika mühəndisliyi+  
19İnformasiya texnologiyaları+ +
20İnformasiya təhlükəsizliyi+ +
21İnşaat mühəndisliyi+  
22Kimya mühəndisliyi+ +
23Kommunikasiya sistemləri mühəndisliyi+  
24Kompüter mühəndisliyi+ +
25Qida mühəndisliyi+  
26Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi+ +
27Maşın mühəndisliyi+  
28Mexanika mühəndisliyi+ +
29Mexatronika və robototexnika mühəndisliyi+  
30Memarlıq+ +
31Nəqliyyat mühəndisliyi+  
32Nəqliyyat tikintisi mühəndisliyi+  
33Proseslərin avtomatlaşdırılması mühəndisliyi+ +
34Radiotexnika və telekommunikasiya mühəndisliyi+  
35Sənaye mühəndisliyi+ +
36Şəhərsalma+  
37Şərabçılıq++ 
38Nəqliyyatda servis (Avtomobil nəqliyyatı üzrə)++ 
39Turizm işinin təşkili+  

Təkrar ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az  elektron portalı vasitəsilə həyata keçirilir.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri portala yükləyərək müraciət göndərməlidir:

- ali təhsil haqqında sənəd (diplom və ona əlavə pdf, jpg formatında),

- xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə (pdf, jpg formatında);

Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.