Yataqxana
Bakı Mühəndislik Universitetinin yataqxanaları tələbələrin rahat, təhlükəsiz və əlverişli yaşayış şəraitinin təmin edilməsi məqsədilə fəaliyyət göstərir. Oğlan və qız tələbələr üçün ayrıca yataqxana binaları mövcuddur.
Xüsusilə universitetə yeni qəbul olunan I kurs tələbələri üçün yataqxana imkanları onların yeni təhsil mühitinə və kampus həyatına daha rahat uyğunlaşmasına şərait yaradır. Yataqxanada məskunlaşan tələbələr universitetin tədris, sosial, mədəni və idman imkanlarından kampus daxilində rahat şəkildə yararlana bilirlər.
Yataqxanalarda tələbələrin gündəlik yaşayış və təhsil ehtiyaclarını qarşılamaq üçün müasir imkanlar yaradılıb. Binalarda istirahət guşələri, dərs çalışma və oxu məkanları, kitabxana, akt və fitnes zalları, eləcə də iaşə və məişət xidmətləri fəaliyyət göstərir.
Tələbələrin gündəlik ehtiyaclarının qarşılanması üçün bufet və yeməkxanalar, həmçinin camaşırxana və dərzi xidmətləri fəaliyyət göstərir.
Tələbələrin rahat və sağlam mühitdə yaşaması üçün ümumi istifadə sahələrinin və yaşayış məkanlarının müntəzəm təmizliyi təmin olunur. Binalarda yanğından mühafizə qurğuları və yanğın xəbərdarlığı sistemləri quraşdırılıb.
Təhsil və asudə vaxtın səmərəli təşkili üçün yataqxanalarda kitabxana və dərs çalışma məkanları yaradılıb. Tədbir, görüş və seminarların keçirilməsi üçün də müvafiq şərait mövcuddur.
Tələbələrin fiziki aktivliyini və asudə vaxtının səmərəli təşkilini dəstəkləmək məqsədilə idman zalı və stolüstü tennis zalı fəaliyyət göstərir. Universitet şəhərciyində basketbol, voleybol və futbol üçün idman infrastrukturu da mövcuddur.
Bakı Mühəndislik Universiteti tələbələrin, xüsusilə də universitet həyatına yeni başlayan I kurs tələbələrinin, təhsil, yaşayış və sosial fəaliyyətlərini vahid və rahat kampus mühitində təşkil etmələrinə xüsusi diqqət yetirir.




