Pedaqogika kafedrası 2016-2017 tədris ilində fəaliyyətə başlamışdır. Fakültəmiz İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil üzrə 4 illik bakalavr təhsili verməkdədir. Bundan başqa kafedramızda Təhsil üzrə menecment-MBA üzrə magistr təhsili almaq mümkündür.
Pedaqogika kafedrası bakalavr proqramları 6 yaşına qədər məktəbəqədər uşaqlara və 11 yaşına qədər ibtidai siniflərə təhsil verə biləcək bacarıq və təcrübəyə sahib müəllimləri yetişdirmək məqsədiylə qurulmuşdur.
Pedaqogika kafedrası yüksək keyfiyyətli professor, müəllim heyəti ilə bakalavr və magistratura pilləsində tədris planında nəzərdə tutulan fənlərin tədrisini həyata keçirir.
Kafedra üzvləri ilə yanaşı doktorant və dissertantlar elmi tədqiqat işlərini davam etdirirlər. 2018-ci hesabat ilində kafedrada 7 nəfər doktorant və dissertant təhsil və elmi tədqiqat işi ilə məşğul olmuşlar.
Kafedrada bakalavr tələbələrinin Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat işinə cəlb olunmasına xüsusi diqqət yetirilir.
Missiya
Kafedranın məramı müasir təlim metodikasına əsaslanan təlim və tərbiyəni, yeni nəsil yetişdirməyi və bəşəriyyətə xidməti həyatının qayəsinə çevirmiş, uşaq psixologiyasını dərindən bilən ibtidai və məktəbəqədər təhsil müəssisələri üçün müəllimlər hazırlamaqdır.
Məqsəd
Kafedrada təhsil alan tələbələrdə geniş dünyagörüşünə, estetik zövqün formalaşmasına da xüsusi diqqət yetirilir.
Qabaqcıl dünya təcrübəsi və milli təhsil ənənələri əsasında tərtib olunmuş, forma və məzmun baxımından bir-birini tamamlayan tədris planı və fənn proqramları yüksək səviyyəli kadr hazırlığına imkan verir.
Nəticə
Məzunlarımız ibtidai və məktəbəqədər təhsilin pedaqogikası və metodikası, təhsilin idarə olunmasının metodologiyası ixitisasları üzrə magistrantura təhsili ala bilərlər.
Tələbələrimiz Bakı şəhərində qabaqcıl təhsil müəssisələrində pedaqoji təcrübə keçə bilirlər.
Kafedranın məzunları dövlət və özəl uşaq baxçalarında, məktəbəqədər hazırlıq müəssisələrində və siniflərdə işləyə bilərlər. İbtidai təhsil müəssisələrində, metodiki mərkəzlərdə və digər müvafiq kurslarda tədris fəaliyyətilə məşğul ola bilərlər.
Təcrübə
Kafedramızın III - IV kurs tələbələri Sağlam Təhsil siniflərində, son kurs tələbələri isə özəl və dövlət təhsil müəssisələrində təcrübə keçirlər.
Beynəlxalq əlaqələr
Kafedramız Beynəlxalq Əlaqələr Şöbəsi ilə birlikdə Erasmus+ proqarmlarında, tələbə mübadilə layihələrində iştirak edir. Əməkdaşlarımız və tələbələrimiz layihə çərçivəsində fəal iştirak edirlər.
Akademik Heyət
Cəmil Məmmədov - Dosent
Şaiqə İsgəndərova - Dosent
Cəsarət Valehov - Dosent
İlhamə Sultanova - Baş müəllim
Elnarə Məmmədova - Baş müəllim
Hüseyn Xəlilov- Baş müəllim
Aygün Qaracayeva - Müəllim
Sevinc Məhərrəmova - Müəllim
Günel Şəmilzadə- Müəllim
Könül Məmmədova - Müəllim
Nərgiz Məcidli - Müəllim
Nərmin İbrahimova - Müəllim
Aynur Məmmədova - Müəllim
Gülbiçə Zahidova - Müəllim
Təranə Abdullayeva - Müəllim