Polşanın Vroslav Biznes Universiteti 2024/2025-ci tədris ilinin ikinci semestri üçün yeni çağırış elanı

22 Oct 2024
Polşanın Vroslav Biznes Universiteti 2024/2025-ci tədris ilinin ikinci semestri üçün yeni çağırış elanı

Bakı Mühəndislik Universitetinin (BMU) “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Polşanın Vroslav Biznes Universiteti 2024/2025-ci tədris ilinin ikinci semestri üçün yeni çağırış elan edir.

Bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr sözügedən universitetdə bir semestrlik təhsil almaq imkanı əldə edə bilərlər.

İlk seçim mərhələsində “Erasmus+ KA1” mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri onlayn formada aşağıda təqdim olunan link vasitəsilə göndərməlidirlər:

1. Transkript (ümumi ortalama 85+);

2. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);

3. Motivasiya məktubu;

4. Tövsiyə məktubu;

5. Tərcümeyi-hal (CV);

6. AKTS - Avropa kredit transferi və yığım sistemi tanınma vərəqi.

 

Qeyd: Müraciət etməzdən əvvəl mütləq dərslərin uyğunluğuna baxmağınız xahiş olunur. Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.

İngilis dilində tədris olunan proqramlar aşağıdakı siyahıda qeyd olunub:

Sənədlər 29.10.2024-cü il tarixinə kimi təqdim olunan qeydiyyat (https://forms.gle/FRGfuFeo2XidQTod6linkinə yüklənilməlidir.

Əlavə sual yaranarsa, Beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsinə (email: iro@beu.edu.az ) müraciət edə bilərsiniz.

 

Qalareya şəkilini seçin

More announcements