Learning Development Center

Bakı Mühəndislik Universitetinin Təlim və İnkişaf Mərkəzi tələbələrin və əməkdaşların akademik, peşəkar və şəxsi inkişafını dəstəkləmək məqsədilə fəaliyyət göstərir. Mərkəz müasir yanaşmalar və innovativ təlim metodları əsasında fərdlərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş proqramlar təqdim edir.

Mərkəzdə təşkil olunan təlimlər tələbələrin öyrənmə bacarıqlarının gücləndirilməsi, tənqidi düşüncə, problem həll etmə, vaxtın idarə olunması və effektiv ünsiyyət kimi əsas kompetensiyaların inkişafını əhatə edir. Bununla yanaşı, akademik yazı, təqdimat bacarıqları və tədqiqat metodları üzrə xüsusi proqramlar da həyata keçirilir.

Təlim və İnkişaf Mərkəzi həmçinin seminarlar, workshoplar, fərdi məsləhət xidmətləri və mentorluq proqramları təşkil edərək tələbələrin uğurlu akademik və karyera yolunda irəliləməsinə dəstək verir. Mərkəz universitet daxilində öyrənmə mədəniyyətinin inkişafına və davamlı təhsilin təşviqinə töhfə verir.

Mərkəzin əsas məqsədi fərdlərin potensialını üzə çıxarmaq, onların dəyişən əmək bazarının tələblərinə uyğunlaşmasını təmin etmək və ömürboyu öyrənmə vərdişlərini formalaşdırmaqdır.

Əlaqəli xəbərlər:

1. “Dərin öyrənmə, tənqidi təfəkkür və sual vermə strategiyaları” mövzusunda seminar

2.  Tələbələrə “Süni intellekt əsasında maliyyə elminin öyrənilməsi” mövzusunda master-klass keçirilib