Anti-corruption Bribery Policy
Bakı Mühəndislik Universiteti bütün inzibati, akademik və kommersiya fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun və etik normalara riayət etməklə həyata keçirməyə sadiqdir. Universitet əməkdaşları və tərəfdaşları tərəfindən rüşvətxorluq və korrupsiya hallarının heç birinə yol vermir. BMU fəaliyyətini peşəkarlıq və ədalət prinsipləri əsasında qurmağı, eyni zamanda səmərəli antikorrupsiya və antirüşvət proqramlarını tətbiq etməyi öhdəsinə götürür.