Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası İqtisad üzrə fəlsəfə doktoru
Diplom FD 09965
Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutu Biznesin təşkili və idarə edilməsi
Diplom MNA № 000192
Dokuz Eylül Üniversitesi Maliyyə
Diplom 808
National Observatory on Labour Market and Social Protection Affairs
Azərbaycan/Bakı
Bakı Mühəndislik Universiteti
Azərbaycan/Bakı
Bakı Mühəndislik Universiteti
Azərbaycan/
Bakı Mühəndislik Universiteti
Azərbaycan/
The CESifo Group, consisting of the Center for Economic Studies (CES)
Almaniya/Drezden
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agricultural Organization of the United Nations, FAO)
Macarıstan/Budapeşt
KIEP
Cənubi Koreya/
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan/Bakı
Dövlət İmtahan Mərkəzi
Azərbaycan/Bakı
Qafqaz Universiteti
Azərbaycan/Bakı
Food and Agriculture Organization of the United Nations (FAO) 09-sep-2015
http://academic.research.microsoft.com/Author/34279682/elcin-suleymanov 23-mar-2012
Social Science Research Network (SSRN) 14-mar-2012
http://scholar.google.com/citations?hl=en&user=FBr-GsoAAAAJ 24-oct-2011
indexcopernicus elm sebekesi http://my.indexcopernicus.com/elchin 01-may-2009
Azərbaycan Respublikası TQDK maliyyə ixtisası üzrə magistratura imtahan komissiyasının eksperti 28-nov-2006
Azərbaycan Respublikası Vergilər Nazirliyi Ali məktəblər arası "Vergilər"olimpiadasının ekspert komissiyasının üzvü 27-oct-2006
"“Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibi ", Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ; 2017
"EYS Summer School in Economics ", Pamukkale Universiteti Turkiyə ; 2017
"Certificate of participation", Groningen University Niderland ; 2015
"Borsada Finansal İşlemler", Borsa İstanbul ; 2013
"ISO 9001:2000 Keyfiyyət Menecment Sistemi, Daxili Auditor", TSE ; 2007
"ETA v8-SQL Bilgisayar Programlari", ETA Bilgisayar / Istanbul Turkiye ; 2007
"Uygulamali ETA Versiyon 7 Bilgisayar Programlari", ETA Bilgisayar / Istanbul Turkiye ; 2007
"Keyfiyyət strategiyası: Kreativ idealardan effektiv idarəetməyə doğru", Beynəlxalq Keyfiyyət Assosasiyası ; 2006
"Tələbələr vəTədqiqatçilar arası umumrespublika konfransı 1.dərəcəli dıplom ", Azərbaycan Respublikasi Təhsil Nazirliyi və AMEA ; 1999
Dos. Elçin Süleymanov TC Dokuz Eylül Universiteti maliyyə bakalavr, Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutu, biznesin təşkili və idarə olunması ixtisası üzrə magistr, Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə dokrorantura təhsili almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2016-cı ildə dünya iqtisadiyyatı ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi , 2018-ci ildən maliyyə kafedrası üzrə dosent elmi adı verilmişdir . 1996-2000-ci illərdə Ekonomi kolejində ixtisas fənnləri müəllimi və müdir müavini, 2000-ci ildən Qafqaz Universitetində maliyyə kafedrasında baş müəllim olaraq işləmişdir. 2005- 2017-ci illərdə "Journal of Qafqaz University"nin nəşr redaksiyasının sədri olmuşdur. 2017-ci ilin fevral ayından Bakı Mühəndislik Universiteti İqtisadiyyat Fakültəsi, maliyyə kafedrasının müdiri işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə 2017-ci ildən 2024- cü ilə kimi Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləmişdir. Təhsil Nazirliyi tərəfindən Ali məktəblər üçün nəşr hüququ (qrıfli nəşr) verilən bir dərslik, üç dərs vəsaiti və dörd fənn proqramının həmmüəllifidir. Yüzdən çox məqalə və tezisləri ABŞ, İtaliya, Almaniya, Rusiya, İsveç, Rumuniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Makedonya və başqa ölkələrdə nəşr olunmuşdur. Dünyanın məşhur elmi tədqiqat portallarından SSRN, EconPaper, RePEc , University Library of Munich, Germany MPRA, Academia, Researchgate, Citeulike, Scholar.google,academic, Research.microsoft, Mendeley, ORCID Web of Science Thomson Reuters, Socionet və diğər elmi resurs bazalarına daxil edilən on dörd kitab və yüzə yaxın elmi nəşrlərindən, bu bazaların statistikalarına görə yüzdən çox ölkədən beşyüz minə yaxın tədqiqatçı istifadə etmişdir. Dosent Elçin Süleymanov həmçinin yüzə yaxın elmi nəşrlərinin yer aldığı dünyanın məşhur elmi tədqiqat paylaşım portallarından olan Academia.edu və Researchgate.net şəbəkəsində tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdəndir. 2014-2015 tədris ilində bir semestr Niderland Krallığının Groningen Universitetində, 2018-ci ildə bir semestr ABŞ-da University of Maryland , College Park-da təlim və tədqiqat məqsədi ilə elmi ezamiyyətdə olmuşdur. Azərbaycan və iyirmidən çox müxtəlif xarici ölkələrdə əllidən çox təlim və seminarlarda iştirak etmişdir. 2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO) , The Korea Institute for International Economic Policy (KIEP) və World Economic Survey kimi bir sıra mötəbər qurumun ekspertidir.16 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF)tərəfindən ilk dəfə keçirilən “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibi olmuş, xüsusi hazırlanmış adlı medal və diplom təqdim olunmuşdur. Məqalələri Renewable and Sustainable Energy Reviews, Environmental Science and Pollution Research, Economic Modelling ,Economies, Expert Journal of Economics, Academic Journal of Economic Studies kimi impact factorlu elmi jurnallarda nəşr olunmuşdur.Bu jurnallardan bəzilərinin impact faktoru 10-dan yuxarıdır və bu Azərbaycandan ictimai elmlərdə impact faktorlu jurnallarda nəşr olunan ən yüksək göstəricilərdəndir. İngilis, türk, rus, alman dillərini bilir.