Səthaktiv maddələrin neft yığma və neft dispersiya qabiliyyətinin baş qrupundakı alkil radikalların növündən asılılığı

18 sentyabr 2025

Xülasə

Ion maye (IL) səthaktiv maddələr 1-bromododesilan və etanolaminlər (2-dimetil- və 2-di-etiletanolaminlər) istifadə edilərək ekvimolyar nisbətdə hazırlanmışdır ki, onların neft yığma və dispersiya qabiliyyətinin alkil fraqmentin strukturundan necə təsirləndiyi müəyyən edilsin. Sintez olunmuş maddələrin səth aktivliyi tensiometrik, elektrik keçiriciliyi isə konduktometrik metodlarla öyrənilmişdir. Baş qrupdakı metil fraqmentinin etil fraqmenti ilə əvəz olunmasının səthaktiv maddələrin koloid-kimyəvi parametrlərinə təsiri təsvir edilmişdir. Bu maddələrin nisbi neft yığma və dispersiya qabiliyyəti laboratoriya şəraitində müxtəlif mineralizasiyaya malik sularda səthin üzərindəki nazik neft təbəqəsi nümunəsində qiymətləndirilmişdir.

Məzmun mövcud deyil.