"Ümumi fənlər" kafedrası Bakı Mühəndislik Universitetində müxtəlif fənlərin tədrisini təşkil edir, fənn müəllimlərinin tədris fəaliyyətlərini əlaqələndirir və bu fənlər üzrə işlərin daha səmərəli həyata keçirilməsini təmin edir. "Ümumi fənlər" kafedrası öz yüksək kvalifikasiyalı professor-müəllim heyəti ilə universitetin bakalavr pilləsinin bütün bölmələrində və magistratura pilləsinin bəzi bölmələrində tədris planı üzrə ümumi fənlər bloku üçün nəzərdə tutulmuş dərslərin tədrisini həyata keçirir.
"Ümumi fənlər" kafedrasının fəaliyyətinin zəruriliyini şərtləndirən bir sıra amillər vardır ki, onlardan ən mühümü kafedra tərəfindən tədris edilən ictimai və sosial-siyasi elmlərin istər mədəni-mənəvi, istərsə də siyasi-mənəvi baxımdan insan cəmiyyətinin həyatında əvəzsiz rol oynamasıdır. Azərbaycan Respublikasında da ictimai-siyasi elmlərə hər zaman ümumbəşəri dəyərlərin təbliği və təşviqi aspektindən yanaşılmışdır. Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyev xüsusi olaraq vurğulayırdı ki: “Humanitar elmlərlə bağlı məsələlər, əlbəttə ki, daim diqqət mərkəzindədir və bu sahədə aparılan işlər çox uğurludur, təqdirə layiqdir. Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir”.
Hər bir vətəndaşın, istənilən peşə və sənət sahibinin başlıca keyfiyyəti ən əvvəl onun yüksək mədəniyyəti, dünyagörüşü, vətənpərvərliyidir. Şəxsiyyətin yetkinliyi, ahəngdar inkişafı və zənginliyi məhz həmin dəyərlərlə müəyyənləşir. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi dövlətin elm siyasəti milli ideologiya və dövlətçilik tarixi, mədəniyyət və fəlsəfə, politologiya və sosiologiya, mədəniyyətşünaslıq və hüquq sahələrinin verdiyi təklif, konsepsiya və proqramlarla sıx bağlıdır. Eyni zamanda qeyd etməliyik ki, “Ümumi fənlər” kafedrasında humanitar yönlü sahələrlə yanaşı hər bir insan cəmiyyəti üçün zəruri və gərəkli olan Mülki müdafiə, Əməyin mühafizəsi və Tibbi biliklərin əsasları fənləri də tədris olunur.
"Ümumi fənlər" kafedrasında tədris edilən fənlər:
Azərbaycan tarixi
Azərbaycan multikulturalizmi
Multikulturalizmə giriş
Mülki müdafiə
Tibbi biliklərin əsasları
Fəlsəfə
Sosiologiya
Mədəniyyətşünaslıq
Əməyin mühafizəsi
Kafedranın məqsədi və fəaliyyəti istiqamətləri
Elmi-tədqiqat işlərinin nəticələri tədris prosesində tətbiq edilir, eləcə də ictimai elmlər sahəsində qazanılan ən son nailiyyətlər "Ümumi fənlər" kafedrası nəzdindəki dərslərin tədrisi prosesində kifayət qədər əhatəli istifadə olunur. Eyni zamanda vurğulaya bilərik ki, bu fənlərin tədrisi zamanı müvafiq elm sahələri üzrə ən son elmi ixtiraların nəticələri və qazanılmış təcrübələr tələbələrə ətraflı izah edilir.
Kafedranın əməkdaşları pedaqoji fəaliyyətləri ilə yanaşı öz ixtisaslarına uyğun elmi fəaliyyətlə də məşğul olurlar. Respublikamızın və xarici ölkələrin elmi yönlü jurnallarında, məcmuələrində, toplularında və s. bu əhəmiyyətli nəşrlərində mütəmadi olaraq məqalələrini, tezislərini, məruzələrini dərc etdirirlər. Kafedrada aparılan elmi tədqiqat işlərinin mühüm nəticələri AMEA və Fövqəladə Hallar Nazirliyinin Akademiyasına təqdim olunur. Eyni zamanda kafedra əməkdaşları bir sıra xarici ölkə universitetləri ilə də birgə elmi-tədqiqat işləri həyata keçirir. Kafedranın bir əməkdaşı elmlər doktoru proqramı üzrə elmi işlərini müvəffəqiyyətlə davam etdirir. Həmçinin xarici ölkələrdə keçirilən elmi simpoziumlarda və tədbirlərdə yaxından iştirak edir.
Kafedranın akademik heyəti
"Ümumi fənlər" kafedrası aşağıdakı tərkibdə fəaliyyət göstərir:
1. T. ü. f.d., dosent Bilal Dədəyev-kafedra müdiri
2. S.e.ü.f.d., dosent Bayram Hüseynzadə
3. S.e.ü.f.d., dosent Xaqan Balayev
4. Fəl. ü. f. d., baş müəllim Rabil Mehtiyev
5. Baş müəllim Şölə İsayeva
6. Müəllim Yalçın Zeynalov