Müəssisələrlə əlaqələr və karyera departamenti

Müəssisələrlə əlaqələr və karyera departamenti tələbə və məzunların karyeralarını inkişaf etdirmələrinə, iş dünyasına hazırlanmalarına, ixtisaslarına uyğun iş tapmalarına və iş həyatının hər pilləsində uğur əldə etmələrinə köməklik göstərir. Ümumilikdə, departament qeyd olunanlarla yanaşı,  məzunlarla universitet arasında olan əlaqələri qoruyub saxlamaq və inkişaf etdirmək məqsədi ilə aşağıdakı fəaliyyətləri həyata keçirir:

  1. Universitet tələbələrinin təcrübə yerlərinin müəyyənləşdirilməsi, məzunlarının işlə təmin edilməsi məqsədi ilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulmasını və tələbələrin  ixtisasları üzrə dövlət və özəl müəssisələrdə təcrübə keçmələrini və işlə təmin olunmasını təmin edir;
  2. Tələbələrə karyera planlama fikrini aşılayır və onların karyeralarının inkişaf etdirmələrinə köməklik göstərir; 
  3. Müəssisələrlə əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə Karyera Günləri (seminar, konfranslar, forum və s.) təşkil edir;
  4. Tələbələri təşkil olunmuş təlimlər vasitəsi ilə CV hazırlama, iş axtarma, işə müracət  və  müsabiqədə iştirak qaydaları haqqında maarifləndirir;
  5. Tələbələrin praktiki təcrübələrini inkişaf etdirmək, dünyagörüşlərini artırmaq məqsədi ilə ixtisaslarına uyğun olaraq müvafiq müəssisələrə günlük təcrübə xarakterli gəzintilər təşkil edir;
  6. Tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının praktiki hissəsinin araşdırılması üçün tələbələrin müvafiq müəssisələrlə əlaqəsini təmin edir;
  7. Müəssisələrin tələbləri istiqamətində məzunların ixtisaslarına uyğun işlə təmin edilməsinə köməklik göstərir;
  8. Yerli və beynəlxalq müəssisələrin təşkil etdiyi təqaüd proqramları haqqında tələbələri məlumatlandırır və bu proqramlarda iştirakını təmin edir;
  9. Fəaliyyət sahələri üst-üstə düşən tələbə klubları ilə ortaq proqramların təşkilini, İş Dünyasının (ayrı-ayrı şirkət və ya müəssisələrin) maraqlarını əks etdirən müxtəlif təyinatlı (elmi, sosial, iqtisadi, hüquqi, mədəniyyət və s. xarakterli) proqramların tələbə klubları ilə ortaq keçirilməsini təmin edir;
  10. Müəssisələrin müvafiq tələbə və məzunlara istiqamətli vakant vəzifələr üzrə kadr seçimi imtahanlarını təşkil edir; 
  11. Fərdi olaraq hər bir tələbənin karyera planını qurma qaydaları haqqında tələbələri məlumatlandırır. Tələbələrin suallarına cavab verildikdən sonra onlara ayrılıqda öz karyeralarını necə qurmaları haqqında məsləhətlər verilir;
  12. Əmək sərgilərinin keçirilməsini təşkil edir, sərgidə  iştirak edən məzun və sonuncu kurs tələbələrinə şirkətlər tərəfindən vakansiyalar təqdim edirlir;
  13. Universitetdə müasir tədris texnologiyaları üzrə ekspert-məsləhət xidmətləri göstərmək məqsədi ilə müəssisələrin aparıcı mütəxəssisləri tərəfindən müxtəlif sahələrdə müvafiq dərslərin verilməsini (master-klass şəklində) təşkil edir;
  14. Müəssisələrin zəngin istehsalat təcrübələrinin universitetdə istifadəsi, universitet müəllimlərinin və tələbələrinin müəssisələrin fəaliyyətinə cəlb edilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi məqsədi ilə müəssisələrlə qarşılıqlı əməkdaşlıq müqavilələrin bağlanmasını təşkil edir;
  15. Məzun-məzun və məzun-universitet arasındakı əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi ilə sosial, mədəni və idman fəaliyyətləri həyata keçirir;
  16. Məzunlara iş imkanları təmin etmək məqsədi ilə şirkətlərlə məzunlar arasında əlaqələr qurur və bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirir;
  17. İş təcrübəsi olmayan məzunlar üçün müvafiq təcrübə yerlərinin təşkilini həyata keçirir;
  18. Məzun günləri adı altında məzunlarla müəlimlər arasında universitetdə görüşlər təşkil edir;
  19. Məzunların iş həyatına uyğunlaşmalarını, iş yerində qarşılaşdıqları problemləri və qazandıqları təcrübələri öyrənmək məqsədi ilə məzunların iş yerlərində görüşlər keçirilir;
  20. Məzunların iş həyatında qazanmış olduqları təcrübələri tələbələrə aşılamaq məqsədi ilə məzun-tələbə görüşləri təşkil edir;
  21. Məzunlar haqqında statistik məlumat bazası təşkil edilir və CV bazası hazırlanır;
  22. İş və sosial həyatda daha da uğur qazanmaları üçün məzunlara müvafiq məsləhətlər verilir;
  23. Sonuncu kurs tələbələri və məzunlar üçün karyera planlaması, CV hazırlama qaydaları, iş görüşmələri qaydaları və s. kimi sahələrdə məsləhət xidmətləri həyata keçirir.