Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı 2020/2021-ci tədris ilindən həyata keçirilir.
2022/2023-cü tədris ilinin tələbə qəbuluna dair elan və təqdimat
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” (bundan sonra Dövlət Proqramı) çərçivəsində 2022/2023-cü tədris ili üçün BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında ikili diplom proqramı üzrə İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə sənəd qəbulu həyata keçirilir. Proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid bal toplayan, Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər iştirak edə bilər. BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən və qəbul olan abituriyentlər ikili diplom proqramı çərçivəsində qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət sifarişi əsasında təhsil ala biləcəklər.
Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alacaqlar. 4 ilin sonunda tələbələr iki diplom əldə edəcəklər. Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Proqram çərçivəsində tələbələrin 1-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulub. Bundan əlavə bakalavriat səviyyəsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.
BMU-da 3 il müddətində ingilis dili (bəzi fənlər Azərbaycan dilində olmaqla), İNHA Universitetində isə 1 il müddətində Koreya dili.Tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri tədris olunacaq və onlar müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. İmtahanlardan uğurla keçmiş tələbələr 4-cü akademik ildə təhsillərini Cənubi Koreyanın İNHA Universitetində Koreya dilində davam etdirəcəklər.
Daxili imtahanda iştirak etmək üçün “ onlayn müraciət formasını dolduraraq tələb olunan sənədləri təqdim etmək lazımdır:
Universitet mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. İNHA Universitetində 73 ixtisasın 26-si mühəndislik ixtisası üzrədir. Reytinqə görə Cənubi Koreyada 189 universitetdən 8-ci yerdədir (2019-cu il). İNHA Universiteti müxtəlif tədqiqatlar aparan, dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri olan və 20 mindən çox tələbəsi olan ali təhsil ocağıdır. Məzunların işə düzəlmə reytinqinə görə Cənubi Koreya universitetləri arasında 3-cü yerdədir, müvafiq olaraq hər il İNHA universitetinin 70% məzunu işlə təmin olunur (2019-cu il).
BMU-İNHA İkili Diplom Proqramı və İNHA Universiteti haqqında daha ətraflı məlumat əldə etmək üçün təqdim olunan linklərə baxa bilərsiniz:
Əlavə məlumatlarla aşağıdakı müvafiq keçiddən tanış ola bilərsiniz:
BMU-İNHA ikili diplom proqramı ilə əlaqədar sualları e-mail ünvanına, proqramın rəsmi feysbuk səhifəsinə ünvanlamaq və ya əlaqə nömrələrinə zəng vurmaq mümkündür.