Təhsil
- Doktorantura, Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası, İqtisad üzrə fəlsəfə doktoru. - 2016 Mar. Diplom #FD 09965
- Magistratura, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutu, Biznesin təşkili və idarə edilməsi. - 2000 İyn. Diplom #MNA № 000192
- Bakalavriat, Dokuz Eylül Üniversitesi, Maliyyə. - 1997 İyn. Diplom #808
İş təcrübəsi
- Elmi işlər üzrə prorektor, Bakı Mühəndislik Universiteti. Bakı/Azərbaycan. Dek 2017 - davam edir
- Maliyyə Kafedrasının müdiri, Bakı Mühəndislik Universiteti. /Azərbaycan. Fev 2017 - Yan 2018
- Maliyyə kafedrasının dosenti, Bakı Mühəndislik Universiteti. Xırdalan/Azərbaycan. Fev 2017 - davam edir
- World Economic Survey expert of Azerbaijan, The CESifo Group, consisting of the Center for Economic Studies (CES). Drezden/Almaniya. Yan 2016 - davam edir
- Maliyyə kafedrası müdiri, Qafaz University. /Azərbaycan. Avq 2015 - Yan 2017
- Ekspert, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agricultural Organization of the United Nations, FAO). Budapeşt/Macarıstan. İyl 2015 - davam edir
- Ekspert, KIEP. /Cənubi Koreya. İyn 2015 - davam edir
- Akkreditasiya Komissiyasının üzvü, Azərbaycan Respublikası Təhsil Nazirliyi . Bakı/Azərbaycan. Yan 2015 - davam edir
- Maliyyə kafedrası müdir əvəzi, Qafqaz Üniversitesi. /Azərbaycan. İyl 2013 - Yan 2015
- ekspert, TQDK. Bakı/Azərbaycan. Yan 2013 - davam edir
- Maliyyə Kafedrasının müdür müavini, Qafqaz Universiteti. Bakı/Azərbaycan. Mar 2006 - Yan 2013
- "Journal of Qafqaz University" nəşr komissiyasının sədri, Qafqaz Universiteti. Bakı/Azərbaycan. Apr 2004 - Yan 2017
- Universitet tanıtım komisiyasının sədr müavini, Qafqaz Universiteti. Bakı/Azərbaycan. Yan 2001 - Yan 2003
- Tələbə dərnəkləri koordinatoru, Qafqaz Universiteti. Bakı/Azərbaycan. Okt 2000 - Dek 2003
- Baş müəllim, Qafqaz Universiteti. Bakı/Azərbaycan. Avq 2000 - Yan 2017
- Müəllim, Müdir müavini, Ekonomi Koleji. Bakı/Azərbaycan. Avq 1996 - Avq 2000
Mükafatlar, sertifikatlar
- "“Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibi ", Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ; 2017
- "EYS Summer School in Economics ", Pamukkale Universiteti Turkiyə; 2017
- "Certificate of participation", Groningen University Niderland; 2015
- "Borsada Finansal İşlemler", Borsa İstanbul; 2013
- "ISO 9001:2000 Keyfiyyət Menecment Sistemi, Daxili Auditor", TSE; 2007
- "ETA v8-SQL Bilgisayar Programlari", ETA Bilgisayar / Istanbul Turkiye; 2007
- "Uygulamali ETA Versiyon 7 Bilgisayar Programlari", ETA Bilgisayar / Istanbul Turkiye; 2007
- "Keyfiyyət strategiyası: Kreativ idealardan effektiv idarəetməyə doğru", Beynəlxalq Keyfiyyət Assosasiyası; 2006
- "Tələbələr vəTədqiqatçilar arası umumrespublika konfransı 1.dərəcəli dıplom ", Azərbaycan Respublikasi Təhsil Nazirliyi və AMEA; 1999
Ən son keçdiyi dərslər
- Bakalavriat, "Beynəlxalq Maliyyə Qurumları"
- Bakalavriat, "Maliyyə Bazarları"
- Bakalavriat, "Mühəndis İqtisadiyyatı"
- Bakalavriat, "Dövlət Maliyyəsi"
- Bakalavriat, "Budcə Sistemi"
- Bakalavriat, "Maliyyə Siyasəti"
- Magistratura, "Vergi Huququ və Siyasəti"
- Bakalavriat, "Vergi Huququ "
Dil bilikləri
- Almanca - Yaxşı
- French - Zəif
- Rusca - Yaxşı
- İngilis - Yaxşı
- Azərbaycan - Səlis ( Ana dili )
- Türk - Səlis
Tərcümeyi hal
Dos. Elçin Süleymanov TC Dokuz Eylül Universiteti maliyyə bakalavr, Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutu, biznesin təşkili və idarə olunması ixtisası üzrə magistr, Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə dokrorantura təhsili almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2016-cı ildə dünya iqtisadiyyatı ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi , 2018-ci ildən maliyyə kafedrası üzrə dosent elmi adı verilmişdir . 1996-2000-ci illərdə Ekonomi kolejində ixtisas fənnləri müəllimi və müdir müavini, 2000-ci ildən Qafqaz Universitetində maliyyə kafedrasında baş müəllim olaraq işləmişdir. 2005- 2017-ci illərdə "Journal of Qafqaz University"nin nəşr redaksiyasının sədri olmuşdur. 2017-ci ilin fevral ayından Bakı Mühəndislik Universiteti İqtisadiyyat Fakültəsi, maliyyə kafedrasının müdiri işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə 18 dekabr 2017-ci ildən Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektorudur. Təhsil Nazirliyi tərəfindən Ali məktəblər üçün nəşr hüququ (qrıfli nəşr) verilən bir dərslik, üç dərs vəsaiti və dörd fənn proqramının həmmüəllifidir. Yüzdən çox məqalə və tezisləri ABŞ, İtaliya, Almaniya, Rusiya, İsveç, Rumuniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Makedonya və başqa ölkələrdə nəşr olunmuşdur. Dünyanın məşhur elmi tədqiqat portallarından SSRN, EconPaper, RePEc , University Library of Munich, Germany MPRA, Academia, Researchgate, Citeulike, Scholar.google,academic, Research.microsoft, Mendeley, ORCID Web of Science Thomson Reuters, Socionet və diğər elmi resurs bazalarına daxil edilən on dörd kitab və yüzə yaxın elmi nəşrlərindən, bu bazaların statistikalarına görə yüzdən çox ölkədən beşyüz minə yaxın tədqiqatçı istifadə etmişdir. Dosent Elçin Süleymanov həmçinin yüzə yaxın elmi nəşrlərinin yer aldığı dünyanın məşhur elmi tədqiqat paylaşım portallarından olan Academia.edu və Researchgate.net şəbəkəsində tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdəndir. 2014-2015 tədris ilində bir semestr Niderland Krallığının Groningen Universitetində, 2018-ci ildə bir semestr ABŞ-da University of Maryland , College Park-da təlim və tədqiqat məqsədi ilə elmi ezamiyyətdə olmuşdur. Azərbaycan və iyirmidən çox müxtəlif xarici ölkələrdə əllidən çox təlim və seminarlarda iştirak etmişdir. 2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO) , The Korea Institute for International Economic Policy (KIEP) və World Economic Survey kimi bir sıra mötəbər qurumun ekspertidir.16 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF)tərəfindən ilk dəfə keçirilən “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibi olmuş, xüsusi hazırlanmış adlı medal və diplom təqdim olunmuşdur. Məqalələri Renewable and Sustainable Energy Reviews, Economic Modelling ,Economies, Expert Journal of Economics, Academic Journal of Economic Studies kimi impact factorlu elmi jurnallarda nəşr olunmuşdur.Bu jurnallardan bəzilərinin impact faktoru 10-a yaxındır və bu Azərbaycandan ictimai elmlərdə impact faktorlu jurnallarda nəşr olunan ən yüksək göstəricilərdəndir. İngilis, türk, rus, alman dillərini bilir.