bp şirkətinin məzun və təcrübəçi proqramları BMU-da təqdim edilib

2 noyabr 2026
bp şirkətinin məzun və təcrübəçi proqramları BMU-da təqdim edilib

Bakı Mühəndislik Universitetində (BMU) bp şirkətinin “2027 Graduate and Intern Recruitment Programmes” (2027-ci il Məzun və Təcrübəçi İşə Qəbul Proqramları) proqramları ilə bağlı məlumat sessiyası keçirilib. 

 

BMU-nun Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə bp-nin Erkən karyera şöbəsinin əməkdaşı Mehriban Şıxzamanova şirkətin fəaliyyəti, məzun və təcrübəçi proqramları, eləcə də iştirakçılar üçün yaradılan imkanlar barədə məlumat verib. Təcrübə proqramının tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirməsində, peşəkar inkişafında və gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyəti vurğulanıb. 

 

Görüşdə proqramlara qəbul meyarları, seçim mərhələləri, test prosesi və müraciət qaydaları diqqətə çatdırılıb. Bildirilib ki, müraciətlərin qəbulu noyabrın 12-də başlayıb 30-dək davam edəcək. On həftəlik təcrübə proqramının sonunda müvafiq tələblərə cavab verən iştirakçıların bp şirkətində işlə təmin olunmaq imkanı əldə edəcəkləri qeyd olunub. 

 

Ümumi məlumatlandırma sessiyasından sonra BMU-nun inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, energetika mühəndisliyi ixtisasları üzrə paralel görüşlər təşkil edilib. Bu sessiyalarda tələbələr bp mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq və sahə üzrə peşəkar təcrübə ilə yaxından tanış olmaq imkanı qazanıblar. Şirkətin əməkdaşları öz peşəkar fəaliyyətləri, iş prosesinin xüsusiyyətləri və mühəndislik sahəsindəki karyera imkanları barədə təqdimatla çıxış edib, tələbələrin ünvanladığı sualları ətraflı cavablandırıblar.

 

Qeyd edək ki, tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 9-cu (Sənaye, innovasiya, infrastruktur), 17-ci (Məqsədlər naminə tərəfdaşlıq) məqsədlərinə uyğun olaraq təşkil edilib. 

bp şirkətinin məzun və təcrübəçi proqramları BMU-da təqdim edilib | BEU