BMU tələbələri Bakı Qida və Yağ Fabrikində ekskursiyada olublar
27 fevral 2026
Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin “Sənaye mühəndisliyi” ixtisası üzrə I və III kurs bakalavr tələbələrinin Azərsun Holdinq-in Bakı Qida və Yağ Fabrikinə ekskursiyası təşkil olunub.
Sənaye mühəndisliyi kafedrasının müdiri dosent Pərviz Məmmədovun rəhbərliyi ilə baş tutan ekskursiyada fakültənin 34 tələbəsi iştirak edib.
Ekskursiyanın əsas məqsədi tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi olub.
Səfər çərçivəsində tələbələr fabrikin istehsal sahələri ilə yaxından tanış olub və real iş mühitində tətbiq olunan texnololoji proseslər barədə ətraflı məlumat əldə ediblər. Bununla yanaşı, iştirakçılara müəssisədə əməyin mühafizəsi və iş təhlükəsizliyi qaydaları, istehsal proseslərinin təşkili, eləcə də logistika sisteminin idarə edilməsi ilə bağlı praktiki məlumat və tövsiyələr verilib.