BMU-nun əcnəbi tələbələri “Azərbaycan!” mahnısını ifa ediblər
1 iyul 2026
Bakı Mühəndislik Universitetində (BMU) keçirilən “Məzun Günü”ndə universitetin əcnəbi tələbələri - Batma Amanova (Qırğızıstan), Amna Mama və Ali Ahmed (Sudan Respublikası), Vajdan Khan və Saqlain Bajva (Pakistan İslam Respublikası) “Azərbaycan!” mahnısını ifa ediblər.
Müxtəlif ölkələri təmsil edən tələbələrin Azərbaycan mahnısını səsləndirməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Onların ifası Azərbaycan mədəniyyətinə və musiqisinə olan marağın, eləcə də ölkəmizə bəslədikləri sevginin, ehtiramın bariz nümunəsi kimi dəyərləndirilib.
Əcnəbi tələbələrin bu çıxışı BMU-da formalaşmış beynəlxalq akademik mühitin, multikultural dəyərlərin və xalqlar arasında dostluq münasibətlərinin təcəssümü olub.
“Məzun Günü” çərçivəsində təqdim olunan musiqi nömrəsi tədbirin ən yaddaqalan anlarından biri kimi iştirakçılarda xoş təəssürat yaradıb.