BMU müəlliminin məqaləsi Scopus-da indekslənən Q1 kateqoriyalı jurnalda yayımlanıb

5 noyabr 2026
BMU müəlliminin məqaləsi Scopus-da indekslənən Q1 kateqoriyalı jurnalda yayımlanıb

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının müəllimi Fəridə Şirəliyevanın həmmüəllifi olduğu elmi məqalə Scopus beynəlxalq elmi bazasında indekslənən, “Library and Information Sciences” kateqoriyası üzrə Q1 kvartilinə daxil olan Indian Journal of Information Sources and Services (The Research Publication) jurnalında açıq giriş formatında dərc edilib.

 

“The Impact of Generative AI on Communicative Competence in English Language Teaching” “İngilis dilinin tədrisində generativ süni intellektin kommunikativ səriştəyə təsiri”adlı tədqiqatda generativ süni intellektin (GenAI) ingilis dilinin tədrisində kommunikativ səriştənin inkişafına təsiri araşdırılıb. 2016–2026-cı illəri əhatə edən elmi ədəbiyyatın sistematik icmalı və konseptual sintez metoduna əsaslanan araşdırmanın nəticələri göstərir ki, GenAI əsaslı platformalar şifahi nitqin səlisliyini, tələffüzün dəqiqliyini və ünsiyyət zamanı özünəinamı artırır. Eyni zamanda, adaptiv rəy mexanizmləri vasitəsilə yazı bacarıqlarının koherentliyinin, leksik zənginliyinin və qrammatik dəqiqliyinin inkişafına töhfə verir.

 

Tədqiqatda, həmçinin GenAI texnologiyalarının sosiopraqmatik səriştənin gücləndirilməsinə, öyrənənlərdə dil narahatlığının azalmasına və ünsiyyətə hazırlıq səviyyəsinin yüksəlməsinə müsbət təsiri vurğulanır.

 

Araşdırma generativ süni intellektin ingilis dilinin tədrisində fərdiləşdirilmiş, interaktiv və adaptiv öyrənmə mühitinin yaradılması baxımından geniş imkanlara malik olduğunu əsaslandırır. Bununla yanaşı, texnologiyaların real sinif şəraitində tətbiqi modellərinin daha dərindən araşdırılmasının vacibliyini önə çəkir.

 

Scopus:


https://www.scopus.com/pages/publications/105053977643

 

DOI:


https://doi.org/10.51983/ijiss-2026.16.3.35

BMU müəlliminin məqaləsi Scopus-da indekslənən Q1 kateqoriyalı jurnalda yayımlanıb | BEU